Dünyanın ən zəngin insanları günə necə başlayır?
Tarix: 01-07-2017 | Saat: 22:16
Bölmə:Karusel / Maraqlı / M2 / Fotogalereya | çapa göndər
Bill Geyts, Stiv Cobs, Riçard Branson kimi milyarderlərin uğurlarla dolu karyerası dünyada milyonlarla insanın ilham mənbəyi olub və olmaqda davam edir. Bu zənginlərin məşhur gündəlik ritualları var və onların müvəffəqiyyətlərinin də elə bu rituallara bağlı olduğu deyilir.
Dünyanın ən zəngin insanlarının gücə necə başladıqlarını təqdim edirik:
1. Riçard Branson / Virgin Group
Gün doğan kimi oyanmaq üçün yatmazdan əvvəl pərdələri açıq qoyur. Səhər ilk gördüyü iş isə üzmək və sörf etməkdir. Daha sonra vitaminlərlə dolu təamlardan hazırlanmış səhər yeməyi masasına əyləşir.
2. Uarren Baffit / Berkshire Hathaway
Səhər oyanan kimi gündəlik qəzetləri oxuyur. Uarren ümumiyyətlə mütaliə “xəstəsidir”. Günün 80%-ni oxuyaraq keçirir. Hər gün orta hesabla 500 səhifə oxuyur.
3. Arianna Huffington / Huffington Post
Günə 30 dəqiqə meditasiya ilə başlayır. Yatmazdan əvvəl isə bütün cihazları söndürür və otağından kənara çıxarır.
4. Bill Geyts / Microsoft-Bill&Medinda Gates
Səhər 1 saat qaçış aparatında məşq edir. Daha sonra Teaching Company kurslarını izləyir.
5. Mark Zükerberq / Facebook
Əgər gecə sabahadək işləməyibsə, səhər saat 8-də oyanır. Həyatında daha artıq bir məşğuliyyətə qərar vermək üçün vaxt itirməsin deyə hər gün eyni koftanı geyinir.
6. Ofri Uinfrey / Oprah Winfrey Show-Harpo Productions-Oprah Winfrey Network
Əvvəlcə meditasiya ilə məşğul olur, daha sonra isə idman aparatında qaçır. Səhər yeməyini yedikdən sonra işə mütləq 1 saat tez gedir ki, əlavə vaxt qazansın.
7. Elon Mask / SpaceX-Tesla Motors-SolarCity-OpenAl
Gecə saat 1-də yatıb, səhər saat 7-də oyanır. Adətən səhər yeməyi yemir. Naharı isə cəmi 5 dəqiqə çəkir. Gündə 1 və ya 2 dəfə qaçış aparatı vasitəsilə məşq edir.
8. İndra Nooyi / PepsiCo
Səhər saat 4-də yuxudan durur. Ofisə ən gec isə saat 7-də gedir.
9. Lord Sugar / Siyasətçi-yazar
Hər gün saat 5-də qalxıb açıq havada 80 kilometrdən çox velosiped sürür.
10. Jeff Bezos - Amazon.com
Gündə mütləq 8 saat yuxu yatmalıdır. Hətta ofisində yuxu tulumu da var. Həftənin çərşənbə axşamı, çərşənbə günləri qətiyyən toplantı keçirmir və həmin günlər fasiləsiz işləyir.
11. Sergey Brin / Google - Google X
Günə fitnes məşqləri ilə başlayır. İdman ayaqqabısından başqa heç nə geyinmir. İclaslar zamanı yoqa ilə məşğul olur və bəzən sadəcə əllərinin üstündə gəzir. Parkinson xəstəliyinə yoluxmamaq üçün gündə 2 stəkan yaşıl çay içir.
12. Cek Ma / Alibaba Group
Özünün tai-chi idman müəllimi var və hər səhər onunla idman edir. Səyahətə çıxanda belə müəllimini yanından ayırmır.
13. Marissa Mayer / Yahoo
6 saatdan çox yatmır və həftənin 130 saatını işləyir.
14. Cek Dorsey / Twitter-Square-Inc
Səhər saat 6-nın yarısı yuxudan durub meditasiya edir, daha sonra açıq havada qaçır.
15. Stiv Cobs / Apple-Pixar-NeXt Stiv Cobs
hər səhər öz-özünə motivasiyaedici nitq söyləyirmiş. O, güzgüdə özünə “Bu gün həyatımın son günü olsaydı, az sonra edəcəyim işlərdən xoşbəxt olardımmı” sualını verərə, cavabları üst-üstə “yox” olardısa, mütləq harasa səyahətə çıxarmış. Bundan başqa o, minimalism tərəfdarı olub, qara kofta, cins şalvarı gündəlik ritualına çevirmişdi.
Xəbəri paylaş
8628 dəfə oxunub.
Digər xəbərlər

1-09-2015, 20:07
Şamaxıda güclü yanğın: Xəsarət alan var
23-12-2015, 13:19
Azərbaycan bankları kreditləri dayandırdı (SİYAHI)
8-02-2019, 12:41
Nazirlikdən Bakıda ölən tələbə qızla bağlı AÇIQLAMA
27-12-2022, 09:08
Xoşqədəm Doğuşun oğlundan şikayətləndi: "Evimə göz dikib..."
13-06-2017, 18:47
Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni öldü - Foto
21-06-2021, 11:23
Sabirabadda dəhşət-Məzun gecəsində 17 yaşlı qızı sevgilisi bıçaqladı
5-01-2017, 12:11
Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu - ŞOK AÇIQLAMA
4-10-2023, 09:15
Xərçəngi 21 günə bir yağla sağaltdı
18-08-2016, 11:17
Türkiyədə terror aktında yaralananların sayı 71 nəfərə çatıb