Gələn il "Formula-1"in vaxtı niyə dəyişdirildi? - NAZİR OĞLU AÇIQLADI
Tarix: 01-07-2017 | Saat: 12:57
Bölmə:Karusel / İdman | çapa göndər
"Formula-1" üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.
Apa-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər keçirildiyindən yarışın vaxtı dəyişdirilib: "Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli. Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur. Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq".
Xatırladaq ki, "Formula-1" üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

6-01-2021, 13:52
Həyat yoldaşına xəyanət edən kişi işindən oldu
7-01-2022, 11:48
Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı-Gəncədə
25-01-2023, 11:24
Uşaqlar zəkanı kimdən alırlar: atadan yoxsa anadan?
30-09-2015, 21:30
Xalq artistləri adlarından məhrum edilə bilərmi?
12-10-2015, 13:22
Novxanıda oğlan bıçaqlayan qız yaxalandı
22-12-2016, 12:12
Bugünkü hərracda dollar 1,76 manatı ötüb
5-02-2016, 19:42
Peyğəmbəri təhqir edən aparıcı canlı yayımda öldü - ŞOK VİDEO
28-02-2022, 13:11
Ailəsini sevindirən kişini, Allah Qiyamət günü sevindirər
31-01-2019, 15:48
Əxlaqsızlıqlığın səbəbkarı sosial şəbəkələrdir-Cavanşir Məmmədov