Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə xörək bişirmək istəyən qadın evi partlatdı (FOTO)
Tarix: 26-06-2015 | Saat: 11:00
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər

Bərdədə xörək bişirmək istəyən qadın evi partlatdı (FOTO)
Qaz balonunun partlaması nəticəsində yaşayış evi əşyaları ilə birlikdə yanaraq kül olub.

Bərdədə yaşayış evi partlayıb. Hadisəyə səbəb məişətdə istifadə olunan qaz balonunun partlaması olub. Ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən axşam saatlarında Bərdənin Zümürxan kəndinin sakini Şəfiqə Abdulrəhmanova xörək hazırlamaq istəyib. Lakin istifadə etdiyi qaz balonu partlayıb.

Partlayış nəticəsində yaranan alov bütün evi bürüyüb. Yardıma gələn qonşular alovu söndürməyə çalışsa da, bu mümkün olmayıb. Hadisə yerinə Bərdə və Tərtər rayon yanğından mühafizə hissəsinin əməkdaşları gəlib.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ümumi sahəsi 136 kv metr olan, taxtadan inşa olunmuş ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğından mühafizə hissəsindən də hadisənin məişətdə istifadə olunan qaz balonundakı partlayış nəticəsində baş verdiyini təsdiqləyiblər.








Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
13-04-2015, 15:11 Sabah qaz problemi olacaq

bütün xəbərlər
____ Instagram ___