Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
8 yaşlı Zaurun faciəvi ölümünün TƏFƏRRÜATLARI - VİDEO - FOTO
Tarix: 30-06-2017 | Saat: 17:10
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib.
Xəbəraz.Az ARB TV-yə istinadla xəbər verir ki, 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur. 
Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xalid Ağayev - qonşu: "Atası gəzirdi, onun üçün biz də qoşulduq ona. Saat yarımdan sonra məlumat verdilər ki, uşaq transformatorun içindədir. Sonra getdik gördük ki, transformatorun qapısı açıqdır. "Tok" vurub yandırmışdı onu. Transformator bərbad vəziyyətdədir. Hasara alınmalıdır, qıfıllanmalıdır. Yoxdur. Kimlər məsuliyyət daşıyırsa, ona bir çarə eləməlidir".





Xəbəri paylaş

1 0638 dəfə oxunub.

Digər xəbərlər
27-02-2017, 14:22 Vəhşi əyləncə

bütün xəbərlər
____ Instagram ___