Türkmənistan Güləş Federasiyasının prezidenti: "Toğrul Əsgərovla maraqlanmırıq"
Tarix: 30-06-2017 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
“Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdi və bu keçid mümkün deyil”.
Bunu Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.
Qurum rəsmisi Olimpiya çempionu Toğrul Əsgərovun vətəndaşlığını dəyişməsi ilə bağlı yayılan səbəblərə münasibət bildirib. Onun sözlərinə görə, 25 yaşlı pəhləvanın xidmətində heç bir maraqları yoxdu: “Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış simalar dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə final güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb”.
Azərbaycan və Türkmənistan Güləş Federasiyalarının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı yerli federasiyadan rəsmi icazə alınıb.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

3-06-2016, 13:39
Bakıda sərnişin avtobusunun altında qalan şəxs öldü
14-10-2015, 20:05
Ziya Məmmədova görə mətbuatdan qaçmır-Əlağa Hüseynov
31-12-2021, 14:53
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
26-10-2017, 11:21
"Evimin kişisi, uşaqlarımın atası olacağam" - həbsdən çıxan müğənni
23-12-2015, 12:55
“Google” süni intellekt funksiyalı messencer yaradır
27-01-2016, 15:12
Mərkəzi Bank: Bu gün banklara daha 67 milyon dollar satıldı
25-02-2017, 14:46
Naz Əlini geri qaytarmaq üçün bunu da etdi - VİDEO
6-07-2023, 11:44
Bıçaqlanıb ölən tələbəni yaralı halda ÖZƏL KLİNİKALAR qəbul etməyib... - İDDİA - VİDEO
9-04-2017, 13:34
İslamiadanın su səyahətinin Astara mərhələsi başlayıb – FOTO