Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...
Tarix: 29-06-2017 | Saat: 19:29
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


“Barselona”nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar.
 
İspaniya mediası “ilin toyu” adlandırdığı mərasim üçün dəvətlilərin 260 şəxsi təyyarə ilə Rosarioya yollanacağını yayıb. Artıq dünən 12 şəxsi təyyarə Rosario hava limanına enib ki, bu da şəhər üçün rekord göstərici sayılır. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.
 
Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı sabah şəhərin mərkəzində iş başında olacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün bir neçə günlük xüsusi müqavilələr imzalanıb.
 
Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.
 
Argentina millisinin və “Barselona”nın futbolçularının, eləcə də futbol dünyasının tanınmış simalarının toyda iştirakı gözlənilir. Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.
 
Argentina mətbuatı Rosario şəhərində son bir həftə ərzində canlanma yarandığını yazıb. Belə ki, şəhər tamamilə təmizlənib, divarlar Messinin şəkilləri ilə bəzədilib, bir çox yerdə ölkə bayrağı asılıb. Sakinlər “sanki başqa planetdə yaşayırıq” deməklə, vəziyyətdən məmnunluq bildiriblər. Messi-Rokkuzzo cütlüyü isə Leonun anadan olduğu evin bir neçə metr məsafəsində təşkil edilən mərasimlə ailə həyatı quracaq.
 
Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.


Xəbəri paylaş

1 1888 dəfə oxunub.

Digər xəbərlər
3-07-2015, 10:15 Çində güclü zəlzələ

bütün xəbərlər
____ Instagram ___