Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, yaralılar var
Tarix: 29-06-2017 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə | çapa göndər


09:54
Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində "Mercedes" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin, 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 06:30-da başa çatıb.
-----------
09:14
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Shagman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B.Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
 
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
 
Fakt araşdırılır.apa



Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___