Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukraynanın erməni naziri: "Təsadüfi deyil ki, virus sözü "RUS"la bitir"
Tarix: 28-06-2017 | Saat: 16:09
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər


Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş "Petya.A" virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər. Xatırladaq ki, bu virusdan ən çox əziyyət çəkən ölkələr arasında Rusiyanın özü də var.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün "Facebook" səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu "virus" sözünün özü də sübuta yetirir.
"Təsadüfi deyil ki, "virus" sözü "RUS" hərf birləşməsi ilə bitir", - Omelyan öz səhifəsində yazıb.
Bildirək ki, "Petya.A" virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___