Ermənini məğlub edən idmançımız Avropa çempionu oldu
Tarix: 28-06-2017 | Saat: 11:21
Bölmə:Karusel / İdman | çapa göndər
Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar.
Medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub.
60 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Ermənistan, Rusiya və Moldovadan olan rəqiblərini üstələdikdən sonra həlledici görüşdə ukraynalı Andrey Yatsenko ilə qarşılaşıb. Rəhimzadə 8:7 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.
50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Muxammadxon Muxammadxona 1:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Nəhayət, 96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı pəhləvana uduzub. Lakin rəqibinin finaladək irəliləməsi səbəbindən Qazıməhəmmədov təsəlliverici görüşlərə qatılıb. O, ardıcıl olaraq, yunanıstanlı və türkiyəli rəqiblərini üstələyərək, bürünc medalçı olub.
Xəbəri paylaş
7178 dəfə oxunub.
Digər xəbərlər

23-11-2020, 10:09
Qarabağa qayıdan ermənilərin sayı – Son rəqəm
13-09-2018, 18:29
“Elə yığmağa başlamışdım, tutdular” – Narkotik becərən iş başında tutuldu - VİDEO - FOTO
7-10-2016, 14:10
Təhsil Nazirliyindən məktəbli çantaları ilə bağlı MÜRACİƏT
6-10-2017, 15:04
Azərbaycanda sel evi uçurdu, qadın çətin vəziyyətdə qaldı - VİDEO
15-08-2015, 01:00
Ata 10 yaşlı qızını "əxlaqsız" sayıb öldürdü - FOTOLAR (18+)
20-01-2017, 00:15
Günün qoroskopu: başladığınız hər işi tamamlayın
8-09-2021, 12:19
"Yelo Bank" işçisi vətəndaşın başına OYUN AÇDI - GİLEY
15-04-2017, 13:59
Əli Həsənov MN-də: Aprel müharibəsi... - Video
18-05-2022, 10:04
“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...” - Mənzil Kommunal Təsərrüfatı Departamentindən şikayət- FOTOLAR
12-05-2018, 11:10
Nazir oğluna vəzifə verildi