Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
WhatsApp-da yazdığı mesajdan peşman olanlar-Çıxış yolu var!
Tarix: 28-06-2017 | Saat: 00:20
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər





Artıq çıxış yolu var, o oxumadan siləcəksiniz
İnternetin inkişafı ilə birlikdə bir dövrün bahalı ünsiyyə formalarından olan SMS-in sonunu gətirən mesajlaşma vasitələrindən olan WhatsApp-da mesajı geri qalma özəlliyi nəhayət ki, aktivləşir.
WhatsApp sözügedən özəllik barədə daha öncə elan versə də, onu aktivləşdirməmişdi.
Bu gün rəsmi internet səhifəsində tez-tez verilən suallar səhifəsini yeniləyən şirkət iPhone, Android və Windows Phone cihazlarında göndərilən bir mesajın necə geri alınacağını açıqlayıb. Belə ki, “Geri Al” özəlliyi ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri almaq mümkündür.
Ancaq bunun üçün vaxt məhdudiyyəti var. Göndərilən mesajı geri almaq üçün ən çox 5 dəqiqəniz var. Əks təqdirdə mesajı geri almanız mümkün deyil. Mesajı geri almağa nail olub-olmadığınızı isə “mesaj geri alındı” məkumatını gördüyünüz zaman anlaya bilirsiniz. Bu özəllik çox yaxın zamanda istifadəçilərinə təqdim olunacaq.
Android telefonlarında mesaja toxunub basılı tutun, sonra menyu tuşuna > “Geri al”a toxunun.
iPhone və Windows Phone'da mesaja toxunub, basılı tutun, sonra “Geri al”a toxunun. Uğurla geri aldığınız mesajlar söhbətləşdiyiniz şəxslərin söhbətlərindən itir. Eyni şəkildə bir söhbətdə "Mesaj geri alındı" cümləsini görsəniz, bu, yazılan mesajın daha sonra geri alındığını, silindiyini göstərir.
Amma bu funksiyanı həyata keçirə bilmək üçün siz və mesajlaşdığınız şəxsin Android, iPhone və ya Windows Phone üçün ən son WhatsApp funksiyalarını aktivləşdirməlisiniz. Əgər siz və mesajlaşdığınız şəxs bu funksiyaları telefonunda aktiv etməyibsə, bu özəllik də dəstəklənməyəcək.
Əgər mesajı silmə məsələsində cəhdiniz uğursuzluqla nəticələnsə, mesajı alan şəxs bunu görəcək. Amma geri alma məsələsi uğursuz olsa, bu barədə sizə xəbər verilməyəcək.


Xəbəri paylaş

1 1088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___