Bacılardan biri finala çıxdı
Tarix: 25-06-2015 | Saat: 21:22
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Sevil finalda, Sevinc bürünc medalla kifayətləndi
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibi müəyyənləşəcək. ANS PRESS-in məlumatına görə, kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunur. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışır.
Qadınların yarışı qrup mərhələsi ilə start götürüb. 36 idmançı 6 qrupda mübarizəyə başlayıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyatova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyatova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.
Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.
Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.
1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaya yenilib - 13:15.
“Neftçi İdman Klubu”nu təmsil edən Bünyatova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.
1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.
Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.
Onun bacısı isə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. Bu, yığmamızın Avropa Oyunlarında 43-cü mükafatı olub.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 21:27
Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu
7-04-2016, 14:11
Azərbaycanlıların Qarabağda atəşkəsə münasibəti – VİDEOSORĞU
12-09-2020, 18:16
KARAYEV CİTY -Sizləri müasir dizayna , füsunkar görünüşə malik yeni tikilən evlərə sahib olmağa çağırır.
17-03-2018, 12:35
Dünya çempionatında yeniliklər - FİFA təsdiqlədi
12-05-2016, 21:35
Ermənistan ordusunun rəhbərliyində həbslər başladı
3-04-2019, 13:32
BAKIDA TÜKÜRPƏDİCİ OLAY: ana və qızının asılmış meyitləri tapıldı - DƏHŞƏTLİ TƏFƏRRÜAT
20-05-2017, 17:05
Paltaryuyan maşına istiot töksəniz... - FƏRQLİ ÜSUL
14-03-2016, 21:02
Transseksual fotomodel “polis” oldu – FOTO
2-11-2016, 20:59
Gecə yatmazdan 1 saat əvvəl içsəniz...
13-09-2022, 11:38
Paşinyan: 49 ölü var, bu rəqəm son deyil - YENİLƏNİB