Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
Tarix: 27-06-2017 | Saat: 10:11
Bölmə:Karusel / Texnologiya | çapa göndər



Facebook pul qazanmaq üçün təkcə qeydiyyatdan keçmiş istifadəçi sayını artırmır. O, həm də istifadəçilərin aktiv olmasına və əməliyyatlarda iştirak etmələrinə çalışır. Bunun üçün firma hansı linklərə tıklama ehtimalınızın daha yüksək olduğunu, hansına tıklama ehtimalınızın az olduğunu bilmək istəyir.
 
Bəs Facebook bu məlumatları necə əldə edir? Misal üçün, hər gün Facebookda etdiklərimizə baxaraq. Bəyəndiyiniz səhifələri və paylaşımları analiz edərək. Və psixoloji testlər təşkil edərək.
 
İşlər cığırından çıxdımı?
 
Facebookun istifadəçilər üzərində sosial testlər həyata keçirdiyi doğrudur. Bu testlərə özünüz hiss etmədən və könüllü olmadan qatıla bilərsiz. Bunu hiss etməyin dəqiq yolu yoxdur. Ancaq Facebookun həyata keçirdiyi, amam heç kəsin bilmədiyi testlərin bəzilərini aşağıda sıraladıq.
 
 
1. Böyük miqyasda sentimental yoluxma
 
Tarix: 2012
 
İştirak edənlər: 689.003
 
Facebookun məlumat emalçıları 690 minə yaxın istifadəçinin xəbər qaynağını manipuliyasiya edərək bəzilərinə pozitiv, bəzilərinə də neqativ güncəlləmələr göstərib. Bütün bunlar istifadəçilərin bunlardan necə təsirləndiklərini görmək üçün idi.
 
Facebookun gəldiyi qənaətə görə Facebookda gördüklərimizdən hisslərimizə həqiqətən də təsirlənir. Ancaq çoxlarına görə Facebook gizliliyimizi tapdayıb, bununla da qalmayaraq etik olmayan hərəkət edib.
 
2. Sosial reklamçılıqda sosial təsir
 
Tarih: 2011
 
İştirak edənlər: 29 milyon
 
Facebook bu araşdırmada dostlarınız tərəfindən təsdiqlənən reklamların daha təsirli olub-olmadığını araşdırırdı. İstifadəçilərə göstərilən reklamların bir qismi “Əli bunu bəyəndi” kimi ibarəylə təqdim edildi və hansının nə qədər tıklanıldığı ölçüldü.
 
Araşdırmaya görə dostunuzla bağınız nə qədər güclüdürsə linki tıklama ehtimalınız da o qədər artır. Bu araşdırmanın gizliliyi pozduğunu demək olmaz.
 
3. Facebook üzərindən emosional paylaşım
 
Tarix: 2012-ci ildən əvvəl
 
İştirak edənlər: 151 milyon
 
Bu testlə Facebook emosional halınızın dostlarınıza təsir edib-etmədiyini öyrənməyə çalışırdı. Firma bunun üçün bir milyon insanın durum yenilənməsinə baxıb və bunların pozitiv olub-olmadığını təsbit edib. Ardından durum güncəlləmələrinin bu istifadəçilərin 150 milyon dostuna necə təsir etdiyini araşdırıb.
 
Araşdırmanın aparıldığı üç gün ərzində araşdırmaçılar pozitiv güncəlləmələrin neqativ güncəlləmələri üstələdiyini və ya tam əksinin olduğunu müəyyən etdilər. Facebookda pozitiv bir şey paylaşdığınızda, 100 dostunuzdan üçü eyni şeyi edirdi (araşdırmaya görə normalda eləmirdilər).
 
Bu araşdırma zamanı gizliliyimizin pozulub-pozulmadığı mübahisəlidir. İlk maddədəki “Böyük miqyasda sentimental yoluxma” testinin bu testdən doğduğunu söyləyənlər var.
 
4. Özünəsenzura
 
Tarix: İyul 2012
 
İştirak edənlər: 4 milyona yaxın
 
Facebook 5 işarədən uzun olan, ancaq 10 dəqiqə içində göndərilməyən hər göndərini izləyib.
 
Firma istifadəçilərin 71 faizinin özünə qarşı senzura tətbiq etdiyini ortaya çıxardı. Əksər istifadəçilər isə göndəriləri paylaşmamışdan qabaq düzəliş etməyə üstünlük veriblər.
 
Bu zaman Facebookun gizlilik prinsipini pozduğunu deyə bilərik. Facebookun paylaşdığınız şeylərdən əlavə paylaşmadığınız şeylərin də qeydiyyatını aparması da bəlli olub.
 
5. Onlayn paylaşımlarda seçim təsiri
 
Tarix: 2012-ci ildə, iki ay müddətinə
 
İştirak edənlər: 2 milyon
 
Araşdırmanın əsas məqsədi alış-veriş düşüncələrinizi paylaşmağınızın dostlarınızın alış-verişlərinə təsir edib-etmədiyini öyrənmək idi. Facebook müəyyən istifadəçilərə xüsusi endirimlər və ödənişsiz şeylər təqdim etməyə başlayıb. Təklifi qəbul etdinizsə bu avtomatik olaraq dostlarınızla paylaşılır və ya bunu paylaşmaq təklifi barədə qərar sizin öhdənizə buraxılırdı. İkinci qrupa istədikləri şeyi paylaşıb-paylaşmamaqda qərar vermələrini təmin edəcək bir düymə təklif edilirdi.
 
Araşdırma ortaya çıxardı ki, dost siyahınızdakı bütün dostlarınız təklifi gördükdə sizə daha çox təklif gəlirmiş.
 
Avtomatik paylaşma dəhşətli hərəkətdir və Facebook şübhəsiz ki, bu hərəkəti ilə gizliliyinizi heçə sayıb. Araşdırmaya görə istifadəçilərin sadəcə 23 faizinə paylaşma zamanı seçim təklif olunub.
 
6. Məlumatlarınıza sosial şəbəkələrin təsiri
 
Tarix: 2010-cu il, yaz və payız dövrləri
 
İştirak edənlər: 253 milyon (O dövrdə bütün Facebookun yarısı)
 
Facebook məlumatlarının necə yayıldığını müəyyən etmək üçün 75 milyon URL-yə “paylaş” və ya “paylaşma” işarəsi əlavə edib. Linklərə xəbər məqalələrindən iş təkliflərinə qədər bir çox şey daxil idi. “Paylaşma” işarəsini daşıyan linklər dostlarınızın xəbər qaynaqlarında görünmürdü. Facebookun məqsədi senzura qoyulan məlumata hər hansı bir şəkildə yerini tapıb-tapmadığını anlamaqdı.
 
Araşdırmaya görə istifadəçilər dostlarının paylaşdığı bir məzmunu daha çox paylaşırdı (böyük sürpriz). Yenə də araşdırmaya görə uzaq dostlarınız yaxın dostlarınıza görə sizi yeni məlumatlara daha çox məruz qoyurdu.
 
Bu araşdırma heç şübhəsiz gizlilik prinsipini pozurdu. Facebookun bu araşdırma vaxtı nə qədər çox məlumata qəsdən senzura qoyuduğu məlum deyil. Sadəcə bu məlumatların əhəmiyyətsiz olduğunu düşünməklə kifayətlənirik.
 
Nəticə
 
Yaızmızada oxuduqlarınız Facebookun həyata keçirdiyi gizli sınaqlarından yalnız bir neçəsidir. Üstəlik Facebookun belə testlər aparmaq vəzifəsi yoxdur. Yaxşı, bəs Facebookun sınaqlarından qorunmaq üçün nə etməli? Problemin həlli yolları arasında Facebookdan istifadəni azaltmaq, alternativ Facebook tətbiqlərindən istifadə və ya Facebookdan istifadənin tamamən ləğvi var. 

(lent.az)


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___