Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Şehiç Türkiyə klubuna getmədi, mən də “Qarabağ”dan ayrıldım”
Tarix: 27-06-2017 | Saat: 10:02
Bölmə:Karusel / İdman | çapa göndər


“Mən “Mladost”un güclü olduğunu düşünürəm. Hesab edirəm ki, onların “İnter”i mübarizədən kənarlaşdırmaq üçün gözəl imkanları var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq qapıçısı Boyan Şaranov deyib.
 
Ötən il Ağdam klubuna transfer olunan və mövsümün sonunda komandadan göndərilən serbiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında yerli klubların avrokuboklardakı şanslarını dəyərləndirib. O, “Mladost”unun Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə keçirəcəyi görüşlərdən də danışıb.
 
Şaranov həmyerlilərini şanslı sayır. O, bunu “İnter”də maddi problemlərin olması ilə əlaqələndirib: “Bakı təmsilçisinin maddi problemi var. Bu səbəbdən klub ötən mövsümün gedişində bir neçə dəfə futbolçuların narazılığı ilə də üzləşdi. Onlara transferlər də qadağan edilib. Lakin bu, “İnter”in iddiasız olacağı anlamına da gəlməməlidi. Onların Avropa Liqasında təcrübələri var və uzun müddət bu yarışın təsnifat mərhələsində uğurla çıxış ediblər. Problemləri komandamızın rəqibə yuxarıdan baxması üçün demirəm. Qalib gəlmək üçün maksimum güc sərf etməlidilər”.
 
Qolkiper vurğulayıb ki, “Mladost” iyunun 29-da evdə baş tutacaq ilk oyundan maksimum yararlanmalıdı: “Bakıdakı oyunda bizə olduqca isti hava və yüksək rütubət çətinlik yarada bilər. Komandamızın baş məşqçisi təcrübəsi sayəsində rəqibin zəif nöqtələrindən bacarıqla istifadə edəcəyinə şübhə etmirəm. Fikrimcə, Bakıdakı oyun öncəsi üstünlük əldə etmək vacibdi”.
 
Şaranov “Qarabağ”dan ayrılmasına da aydınlıq gətirib: “Məni “Qarabağ”da hər şey qane edirdi. Avropa Liqasının qrupunda oynadıq, mövsümü qızıl dublla başa vurduq. Buna baxmayaraq, heç də hər şey istədiyim kimi olmadı. Ötən il mən komandaya gələndə gözlənilirdi ki, Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiç “Qarabağ”dan gedəcək. Lakin o qaldı və əvvəlki kimi əsas heyətdə oynadı. Məni ara-sıra meydana çıxmaq qane etmirdi. Ehtiyatda qalmaq ürəyimcə deyildi. Bu yaxınlarda da oxşar hadisə baş verdi. Şehiç yenidən Türkiyə klubuna getmədi və daha 1 illik müqaviləmin olmasına baxmayaraq, “Qarabağ”dan ayrılmağı qərara aldım. Artıq Belqradda yeni təkliflər gözləyirəm. Düzü, yenidən ölkədən xaricdə, amma Avropa klublarında oynamaq istərdim. Bunu isə zaman göstərəcək”



4168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___