Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının "Formula 1"-lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq
Tarix: 26-06-2017 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

bakinin formula 1 le elaqedar baglanan merkezi kuceleri bu axsam acilacaq
Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək. 
 
Bu barədə məlumat Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: “Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.
 
Qeyd edək ki, “Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
4-07-2017, 16:52 Ürəyi “Qarabağ”da!

bütün xəbərlər
____ Instagram ___