Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO
Tarix: 25-06-2017 | Saat: 23:34
Bölmə:Karusel / Gündəm / İdman / Foto-fakt / Xəbəraz TV | çapa göndər

 
Bu gün Bakıda "Formula-1" yarışlarının finalı olduqca gərgin mübarizə şəraitində və sürpizlərlə dolu keçib. Pilotlar arasında birincilik uğrunda kifayət qədər gərgin mübarizə hökm sürüb və yarışları "Red Bull" komandasından avstraliyalı Daniel  Rikkardo qazanıb. Rikkardo qələbədən sonra jurnalistlər qarşısında bildirib: "Bu, doğrudan da çox dəlisov yarış idi".

Xəbəraz.Az virtualaz.org-a istinadən bildirir ki,yarışlar qalmaqalsız da ötüşməyib. Sürət yarışının qızğın çağında, Bakı Filarmoniyasının yaxınlığında "Ferrari" komandasının pilotu, dördqat dünya çempionu, alman Sebastyan Fettelin bolidi qarşıda gedən britaniyalı Luis Hamiltonun ("Mersedes" komandası) bolidi ilə yüngülcə toqquşub. Bundan qəzəblənən alman pilot özünü əsl Bakı "avtoşları" kimi aparıb və Hamiltonun bolinə  ilə yan tərəfdən yaxınlaşaraq ona əllə jest edib, üstəlik rəqibinin bolidini yandan vurub.

Fettelin bu hərəkəti onun cərimələnməsi ilə nəticələnib. "Motorsport" portalı bildirir ki, yarışdan sonra Lyuis Hamilton jurnalistlərə açıqlamasında Sebastayn Fettelin hərəkətini pislyib."Fettel sözün hərfi mənasında mənimlə bərabərləşib vurdu. Bu, "Formula-1"də müəyyən presedent yaradır, habelə bizə tamaşa edən bütün uşaqlar üçün pis nümunədir, onlar bizə baxır və özlərini bu cür aparırlar. Və bu gün onlar gördülər ki, dördqat dünya çempionu özünü necə aparır"-Hamilton bildirib.
İngilis pilot deyib ki, o, rəqibinin qarşısında sürəti bilərəkdən yavaşıtmamışdı. Həmin yerdə bütün restartlarda olduğu kimi yavaşımışdı ki, təzədən sürət yığsın. "O isə arxadan məni vurdu və ötdü. Mənim üçün bu problem deyildi. Əgər yandan bilərəkdən başqa maşını vurub bütün bunlara baxmayaraq finişə dördüncü çatırsansa bu, şərəfsizlikdir. O, bu gün özünü biabır etdi. Əgər o, sübut etmək istəyirsə ki, kişidir, biz maşınları bir kənara qoyub üz-üzə məsələni ayrıd edə bilərik"-Hamilton rəqibini "razborkaya" çağıraraq deyib.

"Mercedes" pilotu  onu da deyib ki, Sebastyan Fettelə yüngül cəza verilməsindən narazıdır. "Bu, təhlükəli sürüşdür və buna görə cəmi 10 saniyə cərimə cəzası...Mən daha söz tapmıram deməyə"-Hamilton bildirib.
Sebastayn Fettel isə qalmaqalla bağlı bildirib ki, cəzalanmalı olan təkcə o deyildi, Hamiltona da cəza verilməliydi. "Hər şey göz qabağındadır. Mən bilərəkdən onu arxadan vurmadım, "krılomu" zədələdim. Deyəsən o da zədə aldı, ancaq yarış təsir edəcək qədər yox. Məsələ ondadır ki, mən onun arxasında idim və sürət yığmağa hazırlaşırdım, o isə sürəti azaltdı. Zəncirvari qəza baş verə bilərdi. Belə eləmək düzgün deyil. Sonda biz kişi kimi mübarizə aparırıq. Hesab edirəm ki, məni cəzalandırıblarsa gərək ona da cəza verəydilər"-Fettel jurnalistlərə bildirib.



6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___