Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Renat Dadaşov “ətəkli Mourinyo” ilə çalışacaq - FOTO
Tarix: 21-06-2017 | Saat: 16:40
Bölmə:Karusel / İdman | çapa göndər


Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ayntraxt” klubu Almaniya futbolunda yeniliyə imza atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Frankfurt təmsilçisi qadın skaut Helena Kosta ilə anlaşıb.
 
Bu isə o deməkdi ki, gələn mövsüm Bundesliqa matçlarına baş hakim kimi təyinat alacaq Bibana Steynhaus elitadakı yeganə qadın olmayacaq. Helena Kosta da Bundesliqa tarixinə ilk qadın skaut kimi düşəcək.
 
10 ildən çox “Benfika”da çalışan portuqaliyalı mütəxəssis ölkəsində “ətəkli Mourinyo” kimi tanınır. “Ayntraxt”ın futbol direktoru Fredi Bobiç yeni skautun futbolun yalnız kişilərə aid idman növü olduğunu düşünənləri yanıldacaq təcrübəyə malik olduğunu söyləyib: “Helena futbolu çox yaxşı bilir, zəngin təcrübəsi var. İstedadlı futbolçular kəşf edəcəyimiz ölkələrdə yaşamış skautlar axtarmaqda davam edirik”.
 
Uzun müddət “Benfika”nın aşağı yaş qruplarında məşqçilik etmiş 39 yaşlı Kosta bir neçə oyunçunun üzə çıxmasında müstəsna rol oynayıb. Marko Fabian, Karlos Salsedo, David Abraham və Xesus Valyexo kimi futbolçular özlərini məhz ona borclu bilirlər. A kateqoriyalı məşqçi lisenziyası olan mütəxəssis müxtəlif vaxtlarda Fransa, Qətər, Şotlandiya və İranda da fəaliyyət göstərib.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
12-12-2016, 17:04 Murad Boz Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___