Bu ay qarpız-yemiş yemək zərərlidir? - Nazirlikdən AÇIQLAMA
Tarix: 20-06-2017 | Saat: 17:38
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
"Qarpızı avqustda yeyərlər" fikirləri hər il yayın əvvəllərində aktuallaşır. İndinin özündə, hələ mayın ortalarından piştaxtalarda görünməyə başlayan qarpız-yemişi alıb yeməyə çəkinənlər çoxdur. Çünki hər il onlarla insan məhz qarpız zəhərlənməsi ilə xəstəxanalara müraciət edir.
Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında qarpız-yemişlə bağlı zəhərlənmənin qeydə alınmadığını deyib: "Əvvəlki illərdə qarpız adətən başqa ölkələrdən Azərbaycana idxal olunurdu. Hazırda satışa çıxarılan qarpız, yemiş yerli istehsaldır. Sabirabad, Saatlı, Aran bölgələrində bu bitki fevral ayından əkilir və "klyonka" altında saxlanılır. Hava isinəndən sonra üstü açılır və açıq sahədə yetişdirilir. Buna tam istixana şəraiti də demək olmaz. Hazırda satışda olan məhsullar faraş məhsullardır. Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəmadi olaraq bazarlarda monitorinqlər aparır, məhsulların keyfiyyətinə nəzarət edir. Bu günə qədər ciddi pozuntu aşkarlanmayıb".
M.Hacıyev bu ayda qarpız, yemiş yeyilməsinin sağlamlıq üçün zərəri olmadığını qeyd edib: "Onu da bildirim ki, hazırda qarpız, yemişin satışı kütləvi deyil. İnsanlar bu məhsula adətən mövsümündə-iyul, avqust aylarında daha çox müraciət edirlər. Amma hazırda satışda olan məhsullar yerli məhsuldur, narahatlıq üçün əsas yoxdur".
Xəbəri paylaş
1 0018 dəfə oxunub.
Digər xəbərlər

9-06-2020, 11:48
Qonaq getdiyi ev sahibini bıçaqlayıb 190 manatını apardılar
27-04-2023, 10:25
Bakıda şadlıq evində dava: Bıçaqlanan var
14-12-2016, 11:21
Azərbaycan və dünyanın itirdiyi məşhurlar - Siyahı
1-04-2016, 17:12
BƏRDƏ -Səlim Müslümovun işçiləri bu dəfə şəhid ailəsinin haqqını yedilər... - ŞİKAYƏT VAR
30-09-2019, 13:33
Sabah yağış yağacaq - PROQNOZ
16-01-2016, 08:09
BERDƏ PEŞƏ LİTSEYİNDƏ 20 YANVAR MİLLİ HÜZÜN GÜNÜ ANILDI FOTO
27-01-2018, 17:38
XİN və DSX əməkdaşları saxlanıldı - DTX əməliyyat keçirdi
25-04-2022, 09:59
Asya və Fuaddan hər kəsi təəcübləndirən addım: Boşanırlar
21-02-2017, 13:06
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi