Dünyanı gəzsə də, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə - FOTO
Tarix: 20-06-2017 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə / Maraqlı / Foto-fakt | çapa göndər
Bir ildir ki, dünyanı gəzən velosipedçilər Bakıda xoş olmayan bir sürprizlə qarşılaşıb. Belə ki, artıq 7000 km-dən çox yol gələn turistlərin velosipedi Bakıda oğurlanıb.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı biologiya kürsüsü rəhbəri Araz Zeyniyev sosial şəbəkədə yazıb. O bildirib ki, Valentin və iki yoldaşı velosiped ilə səyahətlərinə Fransadan başlayıb. Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər.
Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanların fikri, sadəcə, elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video-müsahibə də var imiş:
"Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar. Düşünürəm ki, velosipedini tapıb geri vermək, yəqin, çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi, başqa bir velosiped alması üçün kömək etmək borcumuz var. Ağlımda bir neçə ideya var: Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və s.".
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

25-01-2016, 10:11
Məhəmməd peyğəmbərin saçı Ağalarovun konsert salonunda
25-07-2015, 13:41
Qayınata gəlinini güllələyib
11-10-2016, 14:45
İntihar edən tələbənin dostları: "Ey valideyn, səni qınayırıq" - FOTO
22-08-2021, 11:40
Paytaxtda 4 yaşlı uşaq maşının altında qaldı
3-11-2019, 14:05
Sumqayıtda ağır qəza: 3 ölü
7-02-2016, 13:54
Qətlə yetirdiyi ana və körpəsinin son videosu
8-10-2018, 12:52
Lənkərandan Bakıya gələn mikroavtobus aşdı:yaralılar var
20-08-2021, 11:09
Qardaş bacısının başını buna görə kəsib - TƏFƏRRÜAT
24-07-2016, 22:00
Limonu xarab olmadan necə saxlamaq olar?
10-05-2016, 15:19
Türkiyədə "Rəsul Rza" gəmisi suya buraxıldı