Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladlarınızı bu oyuncaqdan uzaq tutun — Ölümə səbəb ola bilər
Tarix: 17-06-2017 | Saat: 13:40
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər



Ficet spinner son dövrlər dəb halına çevrilib. Elə ailələr var ki, övladlarının 3-4 spinneri var. Amma məlum olub ki, bu oyuncağın və əyləncənin də qaranlıq tərəfi var.



Spinnerlərin tərkibində bəzi hallarda qurğuşun və civə olur. Təbii ki, bütün spinnerlər təhlükəli deyil. Amma problem ondadır ki, spinner istehsalı heç bir qanun və patentlə nizamlanmır. Bu tip oyuncaqların da əsasən Çində sifariş verildiyi məlum olduğu üçün keyfiyyətli spinneri keyfiyyətsiz Çin malından fərqləndirməyin mümkünsüz olduğu üzə çıxır.
Ötən həftə Avropa gömrüyündə 200 min spinner müsadirə edilib. Bu oyuncaqlar Avropa İttifaqının gigiyena-sanitar normalarına cavab vermədiyi üçün müsadirə edilib.
Bildirilir ki, iki spinnerin tərkibində qurğuşun yox idi. Amma birinin tərkibində yüksək miqdarda qurğuşun və bir az civə olub. Bu rəqəmlər qorxuludur. Çünki uşaq oyuncaqları üçün qoyulmuş həddən artıq qurğuşun və civə çox təhlükəlidir.
Çox güman ki, orta statistik istehlakçının qiyməti 50 min dollar olar xüsusi rentgen analiz aparatı yoxdur ki, bu oyuncaqları analiz edib sonra alsın. Qeyd edək ki, 2015-ci ildə də Çində istehsal edilən oyuncaqların tərkibində asbest maddəsi tapılmışdı.
Bu səbəbdən valideynləri bir daha xəbərdar edirik. Övladlarınızı spinnerdən, xüsusilə də Çin istehsalı olan spinnerlərdən uzaq tutun.(olke.az)


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
6-11-2015, 21:12 Sibel Can Bakıda

bütün xəbərlər
____ Instagram ___