Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhərdə təhlükəli dondurmalar satılır – Xəbərdarlıq
Tarix: 16-06-2017 | Saat: 12:41
Bölmə:Karusel / Bizim seçim / M2 | çapa göndər

Dondurma yeyərkən boğazda acılıq hiss edilirsə, deməli, tərkibinə kərə yağı əvəzinə bitki yağı və ya marqarin qarışdırılıb.

Bunu  açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Birliyin sədri bildirib ki, standartlara görə, dondurmanın yağlılığını almaq üçün yalnız kərə yağından istifadə edilməlidir: “Azərbaycanda 20-dən çox dondurma istehsal edən şirkət var. Onların əksəriyyəti dondurmaya kərə yağı əvəzinə marqarin, bitki yağı qarışdırırlar. Dondurmanın donu açılırsa, onu yenidən dondurmaq olmaz”.
Eyyub Hüseynov deyir ki, dondurmaların keyfiyyəti ilə bağlı birliyə əhalidən yazılı şəkildə müraciətlər olmasa da, telefon vasitəsilə hər həftə çoxlu sayda şikayətlər gəlir: “Biz Amerika Birləşmiş Ştatının İnkişaf Agentliyi layihəsi çərçivəsində Azərbaycanda yerləşən “İceland” dondurma istehsalçısına ictimai nəzarəti həyata keçirmişik. Monitorinq zamanı müəssisənin təhlükəsiz qida istehsal etdiyi məlum oldu”.
Ekspert bildirib ki, qida təhlükəsizliyinə ciddi nəzarət olunmalıdır: “Bilirsiz ki, sahibkarlığın inkişafı məqsədilə yoxlamaların 2 il müddətində dayandırılıb. Bəzi istehsal müəssisələri onlara yaradılan şəraitdən su-istifadə edir. Belələri arasında dondurma istehsalçları da var. Ötən il satılmayan dondurmalar bu il təkrar satışa çıxarılır. Bu, yolverilməzdir. Dondurma təkrar dondurlarsa, kiflənmiş dondurma sayılır”.
Birliyin sədri qeyd edib ki, dondurmanı saxlamaq üçün müəyyən şərait tələb olunur: “Dondurmalar növündən asılı olaraq marketlərdə xüsusi soyuducu kameralarda mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanmalıdır. Bu temperaturda südlü dondurmanı 1 ay, meyvəli 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar”.
Qeyd edək ki, bir neçə gün əvvəl dondurmanın içindən toyuq sümüyü çıxması ilə bağlı video yayılıb.teleqraf


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___