Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xavyer Ernandes "Qəbələ"də
Tarix: 15-06-2017 | Saat: 18:24
Bölmə:Karusel / İdman | çapa göndər


"Qəbələ" mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.
Xəbəraz.Az klubun saytına istinadən xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan "qırmızı-qaralar" ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq.
Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. "Pizarrales" (1999-2002), "Salamanka" (2002-2005), "Real" Madrid (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu "Real"ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin "Halmstad" (2011) klubunda da oynayıb. Ardınca vətənində "Salamanka" (2011-2013), "Ourense" (2013-2014) və "Burqos"un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada "Poli Timişoara"da (2015-2016), Polşada "Qurnik Lençna"da (2016-2017) legioner həyatı yaşayıb.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___