Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Metropark"da "bomba" həyəcanı: "telefon terrorçusu" axtarılır - YENİLƏNİB
Tarix: 11-06-2017 | Saat: 23:25
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bu gün Bakıdakı "Metropark" ticarət mərkəzinin ərazisinə giriş başlanıb və oradakı şəxslər təxliyə olunublar. Səbəb isə binaya partlayıcı qurğu yerləşdirilməsi barədə zəng olub.
Xəbəraz.az Sputnik Azərbaycan-a isdtinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng bu gün 18.00 radələrində şəhərdəki taksofonların birindən edilib. Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər. Hazırda "telefon terrorçusu"nun axtarışları davam etdirilir.
18:46
Bakının Nərimanov  metrosu  yaxınlığında yerləşən Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşlarının cəlb olunmasının səbəbi aydınlaşıb.
Məlumata görə, Metropark Ticarət Mərkəzinin təhlükəsizliyi test edilir. "Heç bir qorxulu hadisə baş verməyib."
Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.
-----------
16:58
Nərimanov rayonunda yerləşən "Metropark" Ticarət Mərkəzi boşaldılıb. 
Şahidlər tərəfindən verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb.
Bununla yanaşı, "Metropark"ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıblar. 
Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır. 


Xəbəri paylaş

9498 dəfə oxunub.

Digər xəbərlər
3-07-2017, 11:31 Xalq artisti vəfat edib

bütün xəbərlər
____ Instagram ___