Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda canavar kəndə hücum edib: 2 yaralı
Tarix: 11-06-2017 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər

Salyanda canavar kəndə hücum edib: 2 yaralı
Salyan rayonunda canavar sakinlərə hücum edib.
Xəbəraz.az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
Zərərçəkənlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulduqdan və digər tibbi tədbirlər görüldükdən sonra yaralılar ambulator müalicəyə buraxılıb.



Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___