Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həyat yoldaşı və 2 övladını öldürən mingəçevirli "Laska" - TƏFƏRRÜAT - VİDEO - FOTO
Tarix: 10-06-2017 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

 
Mingəçevirdə kişi həyat yoldaşı və və 2 övladını öldürüb.

Xəbəraz.az ARB TV-yə istinadla xəbər verir ki, qətl ötən gün axşam saatlarında baş versə də hamı Nəsimi küçəsi 31 ünvanındakı hadisədən bu gün xəbər tutub.

Belə ki, Mingəçevir şəhər sakini "Laska" ləqəbli Lazım Hüseynov iki az yaşlı övladını eləcədə həyat yoldaşını qətlə yetirib.

Təranə Yusifova (Lazım Hüseynovun bacısı): "Səhər çörək almağa dükana gedirdim. Onda gördüm qardaşımın qapısından polislər çıxdı. Qorxdum ki, görən qardaşıma nə olub. Polislərdən soruşdum dedilər ki, qardaşın arvad-uşağını öldürüb".

57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki az yaşlı övladı - oğlu 2-ci sinif şagirdi 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Nazim Hüseynov (Lazım Hüseynovun qardaşı): "Əvvəllər də tutulub, iki dəfə iş alıb. Axırıncı dəfə ölüm üstə 8 il iş almışdı. Bir nəfərlə çəkişib, onu öldürüb". 

Tamara Yusifova (Lazım Hüseynovun qohumu): "Oğlan həbsxanada çıxmış adam idi. Sonra gəlib ailə qurmuşdu. Yaşayırdılar, iki uşağı da var idi. Nə biz onlara getmirdik, nə də onlar bizə gəlirdilər".

Aynurə Hüseynovanın bibisi: "Gəldim, gördüm qardaşım evdə təkdi. Soruşdum ki, evin camaatı hanı? Dedi, bilmirəm, mən də səhərdən onları gözləyirəm. Camaatdan öyrənmişəm ki, hadisə belə olub".

Lazım Hüseynov səhər saatlarında özü hüquq mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.

Elnur Səmədov Mingəçevir Şəhər Prokrorunun böyük köməkçisi: "Qısqanclıq zəminində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğundan öldürmüşdü. Ehtimal olunur ki, yəqin ki, şübhələnir uşaqlar da özündən deyil, çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. İlkin ifadəsində bildirdiyinə görə 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub. Elə silahı həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz içi dolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir".

Qətlə yetirilən qadın və iki övladının meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb və müayinədən sonra adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 120.2.7 və 228.1 maddələri ilə cinayət işi açılıb.



Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___