Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallıda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Tarix: 10-06-2017 | Saat: 00:31
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Masallı rayonunun Miyenkü kəndində baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
 
apa-nın cənub bürosunun verdiyi məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Asudə  Ağayeva ailə-məişət münaqişəsi zəminində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni balta ilə öldürərək həyətlərindəki tövlədə basdırıblar və üzərini betonla örtüblər.
 
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
 
Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 


***
 
20:50
 
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
 
apa-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
 
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
 
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. 


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
30-01-2018, 09:46 Bu ərazidə su olmayacaq

bütün xəbərlər
____ Instagram ___