Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ombudsman əməkdaşları Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb
Tarix: 09-06-2017 | Saat: 18:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ombudsman əməkdaşları Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
 
Ombudsman Aparatından verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, görüş, telefon danışığı və digər hüquqların təminatı vəziyyəti, rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.
 
MPQ üzvləri tərəfindən qəbul edilmiş şəxslər, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov, Qiyas İbrahimov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Onlar müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzilərinin Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub və ya yerində təmin edilib.
 
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
 
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___