Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Barselona”dan gedəcək futbolçular müəyyənləşdi: Arda Turan...
Tarix: 09-06-2017 | Saat: 14:00
Bölmə:Karusel / İdman | çapa göndər


“Barselona”nın mövsümlərarası fasilədə yollarını ayıracağı futbolçular müəyyənləşib. Məlumata görə, Kataloniya təmsilçisi 5 oyunçu ilə sağollaşmağa hazırlaşır.
 
Onlar arasında türkiyəli Arda Turan da var. “Barsa”nın yeni baş məşqçisi Ernesto Valverde rəhbərliyə yarımmüdafiəçinin gələcək planlarına daxil olmadığını bildirib. İspaniya nəhəngi “Arsenal”ın yaxından maraqlandığı oyunçunu 30 milyon avroya satmağı planlaşdırır.
 
Bundan başqa, digər yarımmüdafiəçi Rafinyaya görə də eyni məbləği təklif edən klub braziliyalını ala biləcək. Rafinyanın xidmətində ən çox maraqlı olan komanda “Valensiya”dı. Həmçinin müdafiəçi Ceremi Matyu və ötən mövsüm icarə əsasında başqa klublarda çıxış edən yarımmüdafiəçi Kristian Telyo ilə hücumçu Munir El Haddadi də transferə çıxarılıblar. Klub rəhbərliyi bu keçidlərdən əldə ediləcək gəliri yeni transferlər üçün xərcləyəcək.
 
Qeyd edək ki, “Barselona”nın gündəmində olan futbolçular Marko Verratti (PSJ), Osman Dembele (“Borussiya”, Dortmund), Ektor Bellerin (“Arsenal”) və Koutinyodu (“Liverpul”).


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___