Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahibkarlara 92,4 milyon manat kredit verilib
Tarix: 24-06-2015 | Saat: 19:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Sahibkarlara 92,4 milyon manat kredit verilib
Bu 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Bu ilin ötən dövründə 2771 sahibkara 92,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Xeberaz.az -ın məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

O, Ucar rayonunun Qazıqumlaq kəndində keçirilən növbəti işgüzar forumda deyib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 431 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 35000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Ucarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ucar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İşgüzar forum çərçivəsində Ucar və ətraf rayonlardan olan 69 sahibkara 1,9 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Ucarda güzəştli kredit ayrılmış ildə 9,5 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib. Ümumilikdə, son illər ərzində dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 59,4 min ton quş əti və 296 milyon ədəddən çox yumurta olan 42 quşçuluq təsərrüfatına 116,6 milyon manat güzəştli kredit verilib, nəticədə sənaye üsulu ilə quş əti istehsalı ildə 100 min tonu ötüb, bu sahədə özünü təminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___