Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Olympic Moves-2017” layihəsi şagirdlərə və könüllülərə stimul verən layihələrdən biridir” - FOTO
Tarix: 05-06-2017 | Saat: 15:39
Bölmə:Karusel / İdman / Şou-Biznes / Foto-fakt | çapa göndər





Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves – 2017” (“Olimpiya Hərəkatı – 2017”) məktəblilərin kütləvi idman proqramının Bakı şəhər məktəbləri üçün II mövsümünün növbəti oyunları keçirilib.
Xəbəraz.az xəbər verir ki,“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan oyunlara qatılan şagirdlərə və könüllülərə dəstək olmaq üçün tanınmış ictimai xadimlərlə yanaşı, müğənni Nigar Abdullayeva da tamaşaçılar arasında olub. O, mətbuata açıqlamasında bildirib ki, Azərbaycan dünya arenasında idmanın müxtəlif növlərində qazandığı uğurlarıyla seçilir:
“Təbii ki, dövlətimizin bütün sahələrdəki uğurlarının səbəbkarı Ulu Öndər Heydər Əliyev olub. Onun sayəsində Azərbaycan dünyaya günəş kimi doğub. Bu gün də dövlətimizin uğurlarının şəfəqləri cənab prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın hər yerinə saçılır və sədaları eşidilir. “Olimpiya Hərəkatı – 2017” layihəsi də bu istiqamətdə görülən və şagirdlərə, o cümlədən könüllülərə stimul verən layihələrdən biridir. Bir gənc kimi mən də idmançılarımızla, gənclərimizlə və xüsusiylə könüllülərimizlə fəxr edirəm. Könüllülərin iştirakçılardan çox həyacanlı olması, ürəklə, əzmkarlıqla çalışması və dəstəklərini əsirgəməməsi alqışlanandır. Bir sözlə, gənclər gələcəyimizdir, ümidimizdir. Hər bir komandaya uğurlar arzulayıram!”, - N.Abdullayeva deyib.
Məlumat üçün bildirək ki, “Olimpiya Hərəkatı-2017” məktəblilərin kütləvi idman proqramının əsas məqsədi Qlobal “Olimpiya Hərəkatı” platformasından istifadə etməklə məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ edərək yüngül atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdir.




Xəbəri paylaş

8668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___