Metroda siqaret çəkilməsi ilə bağlı cərimənin 5 dəfə artırılması təklif edilir
Tarix: 05-06-2017 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəraz.az report-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb.
O deyib ki, ardıcıl aparılan işlərdən sonra hazırkı qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub: “Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən müzakirə etmək olar”.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi önəmli hadisə kimi qiymətləndirilə bilər.
Deputat söyləyib ki, bu qanuna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan, onun ilkin tətbiqi üçün maarifləndirməyə ehtiyac olacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
F.Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir.
Tütünlə bağlı daha çox şadlıq evlərində problemlərin olduğunu deyən deputat qanunda bununla bağlı sərt müddəaların olmasını təklif edib.
Deputat Rövşən Rzayev qanun layihəsində cərimələrin artırılmasını da təklif edib. O bildirib ki, qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub: “Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq, düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.
Xəbəri paylaş
5328 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-06-2017 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı təkliflər irəli sürüblər.
Xəbəraz.az report-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb.
O deyib ki, ardıcıl aparılan işlərdən sonra hazırkı qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub: “Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən müzakirə etmək olar”.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi önəmli hadisə kimi qiymətləndirilə bilər.
Deputat söyləyib ki, bu qanuna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan, onun ilkin tətbiqi üçün maarifləndirməyə ehtiyac olacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
F.Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir.
Tütünlə bağlı daha çox şadlıq evlərində problemlərin olduğunu deyən deputat qanunda bununla bağlı sərt müddəaların olmasını təklif edib.
Deputat Rövşən Rzayev qanun layihəsində cərimələrin artırılmasını da təklif edib. O bildirib ki, qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub: “Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq, düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.
Xəbəri paylaş
Digər xəbərlər
8-04-2015, 14:06
Akademiyada korrupsiya faktları aşkarlandı
27-09-2016, 00:17
Kəlbəcərli 104 yaşlı nənə İlham Əliyevin təşəbbüslərini dəstəklədi
30-12-2016, 17:47
Təhsil Nazirliyindən "Qarabağın tarixi" vəsaiti ilə bağlı AÇIQLAMA
24-05-2019, 10:47
Ramazan ayının 19-cu gününün DUASI
27-10-2022, 11:20
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
16-01-2016, 18:42
Şəhid ailələri üçün prezident təqaüdünün aylıq məbləği artırılıb
14-06-2022, 12:18
Mənzurə ailə qurmaq istədiyi şəxsdən ayrıldı: "Yalvarır mənə"
5-05-2018, 13:13
Bakının 3 rayonunda xoşagəlməz qoxu yayıldı - Nazirlik AÇIQLADI
8-07-2022, 13:07
Bakıda 36 dərəcə isti olacaq, rayonlarda isə... - PROQNOZ
21-04-2015, 00:38
Neftin qiyməti yenidən düşür