Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yağları əridib, insanı tox saxlayan 7 qida
Tarix: 04-06-2017 | Saat: 17:30
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Yağları əridib, insanı tox saxlayan 7 qida




Yağları əridib, toxluq hissi verən və maddələr mübadiləsini sürətləndirən qidaların hansılar olduğunu öyrənmək istəyirsiniz? 

Siyahı ilə tanış olun: 

Qırmızı bibər
 
Acını xoşlayanlar xoşlamayanlara nisbətən daha şanslıdır. Çünki bibərin içindəki kapsaisin maddəsi mübadiləni sürətləndirir, bədən temperaturunu yüksəldərək enerji itirməyi təmin edir.Mədənizdə problem yoxdursa, yeməklərinizə qırmızı bibəri əlavə edə bilərsiniz.


 
Yaşıl çay
 
Yaşıl çay yağları əridir və maddələr mübadiləsini sürətəndirir. Araşdırmalara görə, gündə bir fincan yaşıl çay içənlər içməyənlərə nisbətən 45% daha az çəki alır. Yaşıl çayın dadını xoşlamayanlar fincanlarına darçın çubuğu əlavə edərək onu içə bilərlər.


 
Su
 

Su oksigendən sonar ən mühüm ehtiyacımızdır. Bədənimizin 65%ni, qanın 92%-ni, beyin və əzələlərin isə 75%-ni su təşkil edir. Hüceyrələrin həyati fəaiyyəti, bədən funksiyalarının yerinə yetirilməsu su tarazlığının qorunması ilə mümkündür. Mübadiləni sürətləndirən su yağları əridir. Bu səbəbdən arıqlama müddətində gündə 2 litr yarım su içmək lazımdır. 



Yumurta 

Ana südündən sonar ən yaxşı protein təminatçısı olan yumurta daha çox tox qalmağınızı təmin edir. Protein əzələ kütlənizi saxlamağa kömək edər, əzələlər isə yağdn daha çox kalori yandırar. Hər gün səhər yeməyində yumurta yemək gün ərzində alınan kalorini azaldar.


 
Yulaf kəpəyi 

Yulaf kəpəyi insanı tox saxlayan qidaların başında gəlir. Yulaf kəpəyi şəkər mübadiləsinin dostudur. Qan şəkərini çox yavaş yüksəltdiyi üçün ani iştah hücumlarının arşısını alar və gec acmağa gətirib çıxarar. Bağırsaqların fəaliyyətini sürətləndirdiyi üçün qəbizlik problemi olanlara da faydalıdır. 



Südlü qəhvə 

Tox saxlayan məhsullardan biri də südlü qəhvədir. Xüsusilə günortadan sonar yanında qoz, badam və ya fındıqla südlü qəhvə içsəniz, axşam yeməyi istəyinizin qarşısını alacaq, qan şəkərinizi tənzimləyəcək, size tox tutacaq. 



Balqabaq 

Liflərlə zəngindir və bağırsaqları yaxşı işlədir. Potaş, kalsium, fosfor və dəmirlə zəngin olan balqabağı salatlarınızın tərkibinə daxil edə bilərsiniz. Balqabaq eyni zamanda maqnezium, C və E vitminləri ilə də zəngindir. Kalorisi olduqca azdır. Balqabağı şəkər tozu əlavə etmədən suda qaynadıb üzərinə darçın səpib yeyə bilərsiniz. 









Xəbəri paylaş

1 0038 dəfə oxunub.

Digər xəbərlər
2-09-2017, 12:50 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___