Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Millennium”da ölüm-dirim savaşı: “Qoca sinyora”, yoxsa “Qalaktikos”?
Tarix: 02-06-2017 | Saat: 13:31
Bölmə:Karusel / İdman | çapa göndər


Sabah Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünə yekun vurulacaq. apasport.az saytının məlumatına görə, turnirin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutacaq.
 
Finalda İtaliyanın “Yuventus” klubu ilə ÇL-in son qalibi olan Madrid “Real”ı qarşılaşacaq. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.
 
Maraqlıdı ki, hər iki komanda tarixində 33-cü dəfə ölkə çempionu adına yiyələnib. “Yuventus” bu göstəriciyə ardıcıl 6-cı çempionluqdan sonra, “Real” isə 5 illik həsrətə son qoymaqla nail olub.
 
Finalçılar sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə gəliblər. Yarımfinal mərhələsinə təsadüf edən həmin duellərin yekununda “Yuventus” üstün olaraq (2:1, 1:1), adını həlledici görüşə yazdırmışdı. “Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb. 
 
Kardiffdəki matçda “Real” qələbə qazansa, ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olmaqla, tarix yazacaq. Belə ki, turnirin adı ÇL olandan sonra heç bir komanda bu uğura imza atmağı hələ bacarmayıb. “Real” “Yuventus”u məğlub etməklə, turnirdə 12-ci çempionluğunu yaşayacaq və bununla da, özünə aid rekordu yeniləmiş olacaq.
 
“Yuventus” isə bu vaxta qədər 2 dəfə yarışın qalibi adını qazanıb. “Qoca sinyora” sonuncu dəfə 21 il əvvəl, yəni 1996-cı ildə ÇL-in kubokuna sahib çıxıb. 21 illik həsrətin sona çatıb-çatmayacağı almaniyalı referi Feliks Brixin final fitindən sonra müəyyənləşəcək. Əslində, “Yuve” ÇL-dəki axırıncı çempionluğundan sonra 4  dəfə finala qədər irəliləyib. Lakin ardıcıl olaraq, “Borussiya” (Dortmund), “Real” (Madrid), “Milan” və “Barselona” turinlilərin kubok qazanmasına mane olub. Ümumilikdə isə “Yuventus” 6 dəfə ÇL-in finalında məğlubiyyətlə üzləşib.
 
İtaliya çempionundan fərqli, “Real” qitənin ən mötəbər klub turnirinin finallarından əksər vaxtlarda üzüağ çıxıb. Qeydə alınan 11 çempionluq da bunu təsdiqləyir. “Kral klubu” yalnız 3 dəfə (1962, 1964, 1981) həlledici qarşılaşmada uduzub.
 
“Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona “11-lik”də yer verib-verməyəcəyi bəlli deyil.  İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir. “Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin “Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.
 
 
UEFA Çempionlar Liqası
Final
 
3 iyun
22:45. “Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)



4388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___