Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qida sənayesində inqilab
Tarix: 01-06-2017 | Saat: 09:29
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər



Bill Gates tərəfindən maliyyələşdirilən "Beyond Meat" şirkəti özünün istehsalı olan süni ət məhsulunun məşhurlaşdırılmasını planlaşdırır.
Yaxın zamanda noxud zülalından, maya ekstraktından və kakos yağından hazırlanmış süni ət, Safeway mağazalar şəbəkəsində satılmağa başlayacaq. Bir neçə müddət bundan öncə "Beyond Meat" şirkətinin süni ət məhsulunu yalnız bəzi restoranlarda və Whole Foods mağazalar şəbəkəsində dadmaq olurdu. İndi isə şirkət daha böyük bazara çıxmaq şansına sahibdir. Belə ki, süni ət məhsulu, Safeway ticarət şəbəkəsinin 280 mağazasında satışa çıxacaq. "Bu, bizim, əti necə qavramağımız uğrunda vacib bir addımdır. Biz düşünürük ki, heyvanlar ətin əldə olunması üçün lazımdır. Lakin bu yanlışdır" - deyə şirkətin CEO-su Ethan Brown bildirib. Bu günə kimi üzərində süni ət yazısı olan məhsullar, adi ətə demək olar ki, bənzəmirdilər. Onları daha çox dondurulmuş tərəvəzlərin arasında tapmaq olardı. "Beyond Meat" şirkəti, süni əti dad və daxili strukturuna görə maksimal dərəcədə əsl ətə oxşatmağa çalışır. Belə ki, süni ətin tavada özünü əsl ət kimi aparması üçün ona qurudulmuş çuğundur və müxtəlif şərbətlər əlavə olunur. Süni ət, 2 ədəd ətin olacağı xüsusi qablaşdırılmada satılacaq. Belə bir məhsulun qiyməti isə 5.99$ təşkil edəcək. Yəni əsl ətdən 2 dəfə daha baha. Aliied Market Research-in məlumatlarına əsasən süni ətdən ibarət məhsul bazarı hər il 8.4% artacaq və 2020-ci ildə 5.2 milyard dollar təşkil edəcək. İndi isə süni ət, əsl ətə daha çox oxşamağa başlayır və ABŞ sakinlərinin 2/3 hissəsi ondan istifadə etməyə hazırdır.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___