Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu avtobuslar çimərliklərə gedəcək
Tarix: 31-05-2017 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu avtobuslar çimərliklərə gedəcək

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib. 
Bakı Nəqliyyat Agentliyindən daxil olan xəbərdə bildirilir ki, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.  
Mövsümü xarakretli dəyişikliyə əsasən 01.06.2017 tarixindən aşağıdakı avtobusların hərəkət trayektoriyası dəyişir:
•    107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə, 
•    172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına,
•    173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə,
•    179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına,
•    189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına, 
•    141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,
•    108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına, 
•    210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___