Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD seks-kənizlər üçün preyskurant dərc edib-Məbləğ yaşdan asılı olaraq dəyişir”
Tarix: 24-06-2015 | Saat: 14:32
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt / Reportaj | çapa göndər

İŞİD seks-kənizlər üçün preyskurant dərc edib-Məbləğ yaşdan asılı olaraq dəyişir”
“Məbləğ yaşdan asılı olaraq dəyişir”.

Xeberaz.az Vesti.Az-a istinadən xəbər verir ki, BMT-nin xüsusi məruzəçisi iyun ayının 22-də Təhlükəsizlik Şurasını “İslam dövləti”nin (İŞİD) nəzarətində olan rayonlarda mülki şəxslərin müdafiəsini təmin etməyə çağırıb,

O, yaraqlılara qarşı hərbi əməliyyatı sanskiyalaşdırmağa və ya müvafiq sənədləri Beynəlxalq cinayət məhkəməsinə verməyi tövsiyə edib.

Məruzəçi Ben Emmersonun sözlərinə görə, yaraqlılar ağlasığmaz cinayətlər törədirlər.

BMT-nin rəsmi rus dilli “Twitter”ində söhbət əsasən seksual əsaslı və qəddar edamlardan gedir.

“Seks-xidmət İŞİD tərəfindən onun sıralarına qoşulmaq üçün vəd edilən təbliğat növüdür. Təxminən 1,5 min mülki şəxs seks-qullarına çevriliblər, - təşkilatın mikrobloqunda göstərilib. – İŞİD yezid və xristianlardan ibarət qızlar və qadınlar üçün rəsmi preyskurant dərc edib. Məbləğ yaşdan asılı olaraq dəyişir”

Bundan başqa, BMT-nin məlumatına əsasən Suriyada terrorçular insan oğurluğu ilə məşğul olurlar - əsasən də verbovka və ya əsirlərlə dəyişdirmək üçün. Onların hesabında 463 uşağın oğurlanması var. Təşkilata islamçıların digər vəhşilikləri də məlumdur:

“Noyabrda İŞİD yaraqlıları mülki şəxsləri Suriyada Dayr-əz-Zaurda 14 yaşlı qızın daşqalaq edilməsində iştirak etməyə məcbur ediblər”.

Yenə də Suriyada terrorçular 15 yaşlı gənc oğlanı zinada ittiham edərək, onu kütlə qarşısında edam ediblər. Yeniyetmənin valideynlərini övladlarının ölümünə baxmağa məcbur ediblər.

Emmersonun sözlərinə görə, yaraqlılar mühakiməsiz edam edirlər. Onların qurbanları ilk növbədə etnik və dini icmaların nümayəndələri, jurnalistlər və intelligensiyanın təmsilçiləri olur. Xəbər verildiyi kimi onlar beləliklə, 700 nəfər insanı edam ediblər. Bundan başqa, onlar insanlara işgəncə verir, məcburi öz dinlərini qəbul etdirirlər, BMT-nin saytında bildirilir.

“Soyqırımlara dair məlumatlara müvafiq olaraq, Təhlükəsizlik Şurasının bütün üzvləri gələcəkdə belə ciddi beynəlxalq cinayətlərin qarşısını almaq üçün tədbirlər görməlidirlər”, - xüsusi məruzəçi sözünü yekunlaşdırıb.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___