Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı müəllimlərə iş yerini dəyişməyə icazə verilmir? -RƏSMİ
Tarix: 26-05-2017 | Saat: 15:47
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər




Bu gündən müəllimlərin yerdəyişmə prosesi başlayır.
 
Yerdəyişmə prosesi  26 may-15 iyun tarixlərində həyata keçiriləcək.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov  “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, bu il edilən yeniliklərə görə, iş yerini dəyişmək istəyən müəllim nə müsahibəyə cəlb olunacaq, nə də müsabiqədən keçəcək.
 
E.Bağırovun sözlərinə görə, hazırda Nazirlik tərəfindən proqram təminatı hazırlanır: “Proqram təminatında hər bir namizəd öz sosial statusuyla bağlı qeydlər aparacaq. Öz iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandıracaq və ərizə ilə Təhsil Nazirliyinə müraciət edəcək. Həmin məlumatlar Nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndiriləcək və müvafiq qərar qəbul ediləcək. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınacaq. Yerdəyişmə ailə vəziyyəti, ya da səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə veriləcək. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, müəllimin akademik göstəriciləri, o cümlədən diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr nəzərə alınacaq. Digər yerdəyişmə, bir şəhər məktəbindən başqa şəhər məktəbinə yerdəyişmə də eyni qaydada - proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək”.
 
 
E.Bağırov əlavə edib ki, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlikdə baxıla bilər.





Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___