Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sürücülərə satılan benzin yoxlanılmır - ŞOK AÇIQLAMA
Tarix: 24-05-2017 | Saat: 10:03
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər


Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə münasibət birmənalı deyil. Benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması, avtomobilin çəninə vurulan benzinin miqdarı sürücülərdə inamsızlıq yaratmaqla yanaşı, ciblərinə də təsirsiz ötüşmür.
Qeyd edək ki, Azərbaycanda "92" markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. "95" və "98" markalı benzinlər isə xaricdə istehsal edilir. Həmin benzinlərin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında araşdırılır və o "Avro-4" standartlarına uyğunluğu yoxlanılır.
Xəbəraz.az xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalardakı vəziyyətdən danışıb: "Yanacaqdoldurma məntəqələrində planlı yoxlamalar aparılmır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun qüvvədədir. Qanun 2017-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Əgər şikayət daxil olarsa, məsələnin müvafiq qaydada araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir.
"Qaynar xətt"ə son 1 ildə məsələ ilə bağlı şikayət daxil olmayıb. Şikayət daxil olarsa, sahibkar yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı məlumatlandırılır. Əgər keyfiyyətin aşağı olması halı aşkar olunarsa, həmin sahibkar barədə müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir. 2018-ci ilin əvvəllərindən etibarən yoxlamalar müasir praktikaya uyğun şəkildə həyata keçiriləcək".


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___