Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bədnəzər həqiqətən varmı?
Tarix: 24-05-2017 | Saat: 09:52
Bölmə:Karusel / İbadət | çapa göndər


Bədnəzər (gözdəymə) həqiqətən varmı? Dinimiz bu barədə nə deyir?
Gözdəymə (bədnəzər) məsələsinə islam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünütəlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-Kərimdə Həzrət Yəqub peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər. Həzrət Yəqub peyğəmbər (ə) öz oğullarını Misrə göndərəndə onlara tapşırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun" (Yusif, 67). Təfsirçilərin bir qismi yazır ki, Yəqub peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü.
Bədnəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Məhəmməd peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə İbrahim peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: “Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir”.
Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bədnəzərdən amanda qalmaq mümkündür.


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___