Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ELS yeni layihəyə başladı
Tarix: 24-05-2017 | Saat: 01:38
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər


ELS-Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağınartırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsiregionda mövcud uğurlusənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsiicma üzvlərinin peşələrə münasibətində dönüşünyaradılmasına nail olmaqdır.
 
Layihə çərçivəsində Bərdə, Salyan və Cəlilabad rayonlarında dəyirmi masaların keçirilməsi, regionda uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, “Facebook” sosial şəbəkəsində “Peşəm - mənim fəxrimdir” səhifəsinin açılması və peşələrə dair videoçarxların burada yerləşdirilərək sosial şəbəkələrdə yayımlanması planlaşdırılır.
 
Bu məqsədlə cari ilin 22-23 may tarixlərində Salyan və Cəlilabad rayonlarında ilk peşə təhsili müəssisələri və orta məktəblərdə görüşlər keçirilib və peşə məktəblərinin yetirmələrinin uğurlu fəaliyyət nümunələrini əks etdirən videoçarxlar üçün çəkilişlər aparılıb.
Qeyd edək ki, layihənin növbəti mərhələsi Bərdə rayonunda həyata keçiriləcək.



Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___