Sabahdan bu məhsullar üçün gömrük rüsumu alınmayacaq
Tarix: 22-05-2017 | Saat: 14:06
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Sabahdan Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.
Xəbəraz.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.
Aprelin 22-də dərc edilən bu qərar 30 gün sonra, mayın 23-də qüvvəyə minir.
İndiyə qədər qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) digər mallar gömrük dəyərlərinin 3 faizi həcmində gömrük idxal rüsumuna cəlb edilib.
Dəyişikliyə əsasən, tütün toxumları ayrıca sətirdə göstərilməklə, gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3 faiz gömrük idxal rüsumuna cəlb olunur.
Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib.
Dəyişikliyə əsasən, ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə, bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

17-11-2017, 13:16
Pullu YOLLAR GƏLİR - “Avtomobil yolları haqqında” qanun dəyişdi
13-06-2020, 13:19
Sabah 42 dərəcə isti olacaqı
11-10-2018, 16:30
Naz Milanın döyməsi ingilis mediasına da düşdü— Onu lağa qoydular
24-02-2023, 11:25
Zəlzələdə ölən adam dəfn edilərkən “dirildi”
17-05-2016, 22:36
Putin Yaponiyaya gedir - Kuril müzakirəyə çıxarılır
6-09-2017, 11:40
Sibeldən cəsarətli klip – video
17-09-2015, 17:34
O, satıcının başına bir neçə dəfə vurub
28-05-2019, 18:46
Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – Foto
26-10-2021, 11:06
Şimal bölgəsinə ilk qar yağıb