Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Facebookda sevgili tapmağın 10 QAYDASI
Tarix: 22-05-2017 | Saat: 13:03
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Xəbəraz.az kulis.az-a istinadən Facebook-da sevgili tapmağın 10 qaydasını təqdim edir. 
1. Orijinal olmaq "Salam, olar tanış olaq?” dövrü artıq keçib. Çoxdan üstünü toz basıb. Siz hələ də elə yazırsınız? Orijinal olmaq lazımdır. Facebookda baxmısınız profilinə, xoşunuza gəlib. İlk mesajı yazmaqda çətinlik çəkirsiniz. Qəfil onu gözlənilməz bir mesajla çaşdırın. Orijinallığınız yoxdursa, sizə çətin olacaq. 
2. Araşdırmaq Profilini görən kimi yazmayın. "Nə gözəlsən”, "Adam sənə baxanda heyran olur” kimi cümlələr də sizi blok həbsxanasına düşməyə gətirib çıxara bilər. Profilini araşdırın, görün nələrlə maraqlanır, zövqləri nədir, hansı kitabları oxuyur, hansı filmlərə baxır, kimdir, nəçidir. Ondan sonra mesajı beyninizdə qurun. Səbr, səbr, səbr...
 3. Səmimilik Qətiyyən olmaz! Dozasını çox eləmək faciəyə gətirib çıxarar. Onunla təzəcə yazışırsınız və qəfil guya zarafatla yazırsınız: "Sənnən uşaqlarım olsun istəyirəm”.
 4. Bayağılıq  Bu da lazımdır. Amma öz qaydasında. Şitini çıxarmadan. Standart olmaqdan qorxmamaq gərək. Orjinallığı da yerində işlətməlisiniz. Onunla söhbət edərkən yunan mifologiyasına göndərmələr etməyiniz yaxşı olmaz. Mümkün olduqca kütləyə hesablanan danışıqlar aparın.
 5. Bezdirməmək Bir mesaj atdın, gördünüz cavab yazmır, gözləyin. Hara tələsirsiniz? Günlər çuvala girməyib ki! Eybi yox, sabah cavab yazar. Gözləməyi bacarmaq qələbənin yarısıdır...
 6. Hisslərini büruzə vermək Qətiyyən yolverilməzdir. Onsuz da sizin ona yazdığınızı görür, hislərinizdən xəbəri var deməkdir. Bunu ulu-orta deməyə ehtiyac yoxdur. Soyuya bilər sizdən, "yalnız dost ola bilərik” deyər və beləcə hər şey bitər... 
7. Cavab verənə yazmaq Profili araşdırırsınız, sizə uyğundursa, xoşunuza gəldisə və zövqləriniz üst-üstə düşdüsə, o zaman yazın. Cavab verməyənin vaxtını almayın. Deməli, bu sizlik deyil. Cavab verənlə davam edin...
 8. Nəzakət Qızıl qaydadır. Təkcə sosial şəbəkədə deyil, realda da. Əlinizdən gəldikcə xoş sözlər deyin, mübahisələr yaratmayın. Xoşuna gələnlə mübahisə etmək onu "əlvida” sözünə bənzədəcək... 
9. Xoşagəlməz təkliflər İlk dəfə tanış olduğunuza bunu yazmaq olmaz. Vəziyyət ağır olar. Zarafatlar edib güldürə bilərsiniz, film ata bilərsiniz, ya da bir şeir. Ən gözəli şeirdir. Şeir bütün qapıları açır.
10. Pozitivlik Neqativ ötürməyin. Köhnə sevgilinizlə başınıza gələnlər ona lazım deyil. "Həyatım qaranlıqdır” kimi cümlələrdən qaçın. Düşünün ki, qarşı tərəf onu qaranlıqlardan işığa daşıyacaq adamı axtarır.



3388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___