Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ÖLÜM HAQQINDA BUNLARI BİLİRDİNİZMİ?
Tarix: 20-05-2017 | Saat: 23:55
Bölmə:Karusel / Maraqlı | çapa göndər



ÖLÜM -Bir canlı varlığın (insan, heyvan və bitkinin) həyati fəaliyyətlərinin qəti olaraq sona çatması gərəkdir. Canlı varlıqların hər hansı bir toxumasının canlılığını itirməsinə də ölüm deyilir. Canlının ölümündən bəhs edilməsi üçün, həyati fəaliyyətlərin bir daha geri qazanılmaması şərti ilə sona çatmasıdır. Çünki boğulma, donma, zəhərlənmə təhlükəsi keçirən və ürəyi dayanan kəslərdə süni tənəffüs və ürək masajı edilərək, durmuş kimi görünən tənəffüs və qan dövranı funksiyalarının təkrar başladılması çox zaman mümkün olmaqdadır. O halda ürək və tənəffüsün bir müddət dayanması ölüm demək deyil.Bioloji ölüm: Ölümdən əvvəl, qısa və ya uzun olmaq üzrə AGON adı verilən bir can çəkişmə dövrüdür. Bu dövrə, xronik xəstəliklərdə uzun, ani ölümlərdə isə qısa olur. Bu dövrədə, dövran və tənəffüs sistemlərində yaxşılaşması mümkün olmayan dəyişikliklər meydana gəlir. AGON dövrü  bir neçə dəqiqədən, bir neçə günə qədər davam edə bilər. Bu dövrdəki bir şəxs, tam olaraq səssizlik və hərəkətsizlik içində olar, xarici xəbərdarlıqlara qarşı reaksiya çox azalmış və ya itmişdir. Bütün sistemlərin çalışması pozulmuşdur. Bəzən, pozuqluqlar düzələr kimi olur, şəxs özünü çox yaxşı hiss etdiyini belə söyləyə bilər. Bu vəziyyət, ölüm əvvəli görülməsi müvəqqəti bir yaxşılaşma halıdır. İlk əvvəl görmə, son olaraq eşitmə duyğusu itər. Gözlər yuxarı və xaricə tavana baxırmış kimi bir hal alır, göz bəbəkləri genişlənir. Göz ağı və göz kənarlarında yapışqan bir maye toplanır. Göz parlaqlığını itirər, arxaya doğru çökər. Reflekslər ortadan qalxar. Alından soyuq iri dənəli tərlə birlikdə son bir gözyaşı damlası gələ bilər, sanki ölüm hadisəsini yaşayan şəxs ağlayır kimi təsürat yaranar . Nəbz olduqca zəifləyər. Ürək səsləri çətinliklə və çox yüngül duyulur, əl və ayaqlar soyuyar, lakin şəxsin daxili hərarəti bəzən 42-43 ° dərəcəyə qədər yüksəlir və nəticədə ölüm vücuda gələr. Bəzi AGON vəziyyətlərində şüurla birlikdə zəka pozulmaz.
Ölümün birinci mərhəsi funksional, klinik  dövrüdür. Bu dövrdə şəxsiyyət itər. Buna bitki mənşəli həyat deyilir. Bu zaman beynin kortikol fəaliyyəti dayanır, amma beyin sapı fəaliyyətləri davam edir. Yəni şəxs görməz, danışmaz, eşitməz, hərəkət edə bilməz, lakin dövran, tənəffüs və bəzi avtomatik hərəkətlər (həzm …) davam etməkdədir.
Ölümün ikinci mərhəsi isə hüceyrələrin ölümü və ya molekulyar ölüm dövrüdür.
Ürək nəqli əməliyyatlarından əvvəl klinik ölüm dövran, tənəffüs və sinirlə əlaqədar orqanların fəaliyyətlərinin son tapması şəklində qəbul edilirdi. Ürək nəqli əməliyyatlarından sonra ölümün tərifindəki fikir və araşdırmalar dəyişik bir istiqamət almış və nəticədə beyin ölümü termini ortaya çıxmışdır. Beyin ölümü, yəni klinik ölüm, beynin bütün fəaliyyətlərinin dayanması və bütün müalicələrə baxmayaraq geri dönməyəcək şəkildə kəsilməsidir. Bu ölümdə, dövran və tənəffüsü işlədən cihazlar çıxarılanda, tənəffüs və dövranın dayanmaları da əsasa alınmaqdadır. Beyin fəaliyyətinin dayanması, elektroansefologramda düz bir xəttin görülməsiylə aydın olur.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___