Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslamiada: Azərbaycan yığması birinci pilləyə yüksəlib
Tarix: 19-05-2017 | Saat: 22:45
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər



Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. Yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
 
Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) yiyələniblər.
 
Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) bürünc medal qazanmağı bacarıblar.
 
Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.
 
Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 36-sı mükafat sevinci yaşayıb.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
17-12-2016, 12:35 Sabahın HAVASI: Qar gəlir

bütün xəbərlər
____ Instagram ___