Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu il istehsalatda bədbəxt hadisə zamanı 13 nəfər ölüb
Tarix: 17-05-2017 | Saat: 16:31
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb. Bunu "apa-economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

 
Şöbə müdiri bildirib ki, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunan bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib.
 
“Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələri əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”, - deyə şöbə müdiri vurğulayıb.
 
E.Babayevin sözlərinə görə, qeyd olunan dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, habelə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsinin təmin olunması və s. ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işlərini də davam etdirib. İşəgötürənlərə əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartların tətbiqi barədə metodiki köməkliklər göstərilib.


Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___