Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslamiada: 5 taekvondoçumuz yarımfinala yüksəlib
Tarix: 17-05-2017 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər



IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün dayanq üzərinə çıxan 5 idmançımızın hamısı yarımfinala adlayıb.
 
Kişilərin yarışında 68 kq çəkidə çıxış edən Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən start verib. Avropa Oyunlarının qalibi ilk olaraq, Ruhulla Nikpa (Əfqanıstan) ilə qarşılaşıb. Tağızadə 28:14 hesablı qələbə sayəsində yarımfinala vəsiqə əldə edib. Taekvondoçumuz həlledici mərhələ üçün Səud Almuvalladla (Səudiyyə Ərəbistan) üz-üzə gələcək. 
 
80 kq çəkidə yarışan Milad Beiqi Harçeqani də yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan idmançımız i Məcid Almabruku (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Harçeqani asan qələbə (21:2) qazanaraq, adını yarımfinala yazdırıb. O, finala yüksəlmək üçün iranlı Əlirza Dərvişpurla qarşılaşacaq. 
 
+87 kq-dakı təmsilçimiz Radik İsayev də bu gün dayanq üzərinə çıxıb. Komanda yoldaşları kimi mübarizəyə 1/4 finaldan başlayan olimpiya çempionumuzun ilk rəqibi pakistanlı Adil Şah olub. İsayev rəqibini 26 xal fərqi ilə məğlub edib - 34:8. Radik yarımfinalda Həmzə Kattanla (İordaniya) döyüşəcək.
 
Qadınların mübarizəsində 49 kq-da mübarizə aparan Patimat Abakarova da İslamiadaya 1/4 finaldan start verib. Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Fələstin idmançısı Layan Cabirlə münasibətlərinə aydınlıq gətirib. Abakarova 19:7 hesablı qələbə sayəsində mərhələ adlayıb.  Patimat yarımfinalda Südabə Pursadiqi Şalmei (İran) ilə qüvvəsini sınayacaq.
 
67 kq çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova 1/4 finalda iranlı Parisa Cavadikuçaksareyla üz-üzə gəlib. Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gəlib. Əzizova yarımfinalda özbəkistanlı Niqora Tursunkulova ilə qüvvəsini sınayacaq. 
 
Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə millimiz bir qızıl və bir gümüş medal qazanıb. 


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
12-08-2017, 09:50 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___