Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməkdar artist deputatı təhqir etdi - “Onun kimilər zibildirlər...”
Tarix: 16-05-2017 | Saat: 21:41
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Əməkdar artist deputatı təhqir etdi

Milli Məclisin deputatı Astan Şahverdiyevlə Əməkdar artist Firuzə İbadova arasında gedən torpaq qalmaqalı daha da böyüyüb.
Sənətçinin iddiasına görə, deputat ona məxsus bağ torpağını mənimsəyib. Bununla bağlı sənətçi 3 gün aclıq aksiyası keçirmiş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra isə Firuzə İbadovanın səhhətində ciddi problemlər yaranıb.
"Xəbəraz.az" xəbər verir ki, Firuzə İbadova aznews.az-a müsahibəsində bildirib ki, bu məsələdən əl çəkməyəcək, sona kimi haqqı uğrunda mübarizə aparacaq.
-Astan Şahverdiyev dəqiq bilirdi ki, kürəkəni Aqil Fətəliyev mənim pulumu ödəməyib. Hətta onlar bunu ailəlikcə bilirdi və məndən də halallıq almalı idi. Deməliydi ki, bacı bizə halallıq ver. Bu gün mənim iki əlim onların yaxasındadır. Bu işdən əl çəkməyəcəm. Sadəcə zamanı gözləyirəm. Onu qınamıram. Mərhum prezidentin gözəl bir sözü var- “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Amma Astan Şahverdiyev dekabrın 25-də Azərbaycan xalqına öz təbrik mesajını verdi. Dedi ki, Azərbaycandan başqa ölkələrə işləməyə gedənlər “otxod”dur”. O, bu təbriki bütün dünya azərbaycanlılarına ünvanladı. Belə bir şəxsdən niyə inciyim? Mən səhnə, sənətlə əlləşən bir sənətkaram. Qazancım da sənətimdən çıxır.
-Məsələ ilə əlaqədar Astan Şahverdiyevin özü ilə görüşmüsünüz?
-Yox. Dəfələrlə cəhd eləmişəm, teleqrama belə vurmuşam. Rəşid Allahyarov var, hansı ki, bu işin içindədir, bütün proseslərdə iştirak edib. Rəşid Allahyarov dəfələrlə Spiker Oqtay Əsədova teleqrama vurub. Həmin teleqramlardan hətta bir neçəsi Astan Şahverdiyevin yaşadığı evin ünvanına göndərmişik. Xahiş etmişdi ki, “Firuzə İbadova da siz də tanınmış simasınız, gəlin birlikdə oturaq, məsələni həll edək. Bu insanın pulu ona qaytarılmalıdır, günahdır. O, qadındır, tanınmış sənət adamıdır, hər yoldan ötən deyil.” Başqaları kimi səhnəyə çıxıb mütrüf kimi oynayıb getməmişəm. Sənət adamıyam. Amma bütün xahişlərə, vurulan teleqramalara baxmayaraq, Astan Şahverdiyevin bir dəfə də olsun nə özü, nə də adamları mənimlə görüşüb. Teleqramların bütün sənədləri durur. Bu işin sonu olacaq. Nə vaxtsa aidiyyatı orqanlara çağırılanda həmin sənədlərlə gedəcəm. Bu boyda məsələ öbaşına küçə uşaqları kimi avara qaldı. Məni aldadıb əlimdəm hər şeyi almaq çox asandı. Mən Firuzəyəm, heç kəsə əyilmərəm, insanları çox istəyirəm, onlara tez inanıram. Deputat desəydi ki, Firuzə xanım gəl bu işdən “vaz” keç, bizə halallıq ver, üzr istəsəydi, öz aramızda söhbət eləsəydik mən ondan keçərdim. Deyərdim ki, qurban olsun o yetim qalan uşağa, neynək.
-Əslində, günahkar kimdir, Astan Şahverdiyev, yoxsa mərhum kürəkəni?
- Mən onun kürəkəni ilə alver eləmişəm. Nə Astan Şahverdiyevin üzünü görmüşəm, nə də onun arvadının. Kürəkəni dünyasını dəyişəndən sonra Rəşid Allahyarov gəlib mənə dedi ki, sən bilirdin ki, torpaq alan Astan Şahverdiyevin arvadıdır? Dedim ki, yox. Bildirdim ki, o, mənə bu qadını qonşu kimi təqdim edib. Deyib ki, “qonşuluqda bir qadın var, o, mənə faizlə pul verib. Bu həmin qadındır.” Biz Rəşid Allahyarov, Astan Şahverdiyevin kürəkəni və mən notariat kontorunda olmuşuq. Onlara çıxarış vermişəm, torpaq Astanın arvadı Solmazın adına keçirdiblər. Vəssalam, yerdə qalan bağ sahəsi mənim öz adımdadır, sənədləri də var. Bütün aidiyyatı orqanlarda sənəd mənim adımdadır. Hətta mən onun kürəkəninin də toyunda Cavanşir müəllimlə oxumuşuq. Yarım saat onu təbrik elədik. Mən heç həmin toyda belə onların üzünü görmədim. Astanın varlığını kim bilirdi ki? “Otxod” sözündən sonra onun çox "piyar"ı getdi. Həmin arada bizim də aramızda olan məsələni qabardırdılar. Bu mənim xoşuma gəlmirdi. Mənim "piyar"lara, reklama ehtiyacım yoxdur. Sənət aləmində "piyar" olmaq istəyirəm. Bunlar yaxşı işlər deyil. Sənət adamları belə işlərdən kənar olmalıdır. Amma bir Allah bilir ki,onlar məni aldadıblar. Nə günahım var, mən inanmışam. Axı, mən öz haqqımı, hüquqlarımın bərpasını istəyirəm. Əgər mən hüquqlarım uğrunda mübarizə aparmasam, dünyamı dəyişəndən sonra orada sorğu-suala tutulacam. Bütün bu olanlardan sonra mən onun üzünü də görmək istəmirəm. Kimdir o? Bilən yox idi ki, Astan adında deputat var, ya yox. Mənim üçün onun kimi deputatlar zibildirlər. Bir yolla gedən insan heç vaxt əyriliyə gedə bilməz. Belə şəxslər əxlaqında, mədəniyyətində düz olur. Etiraf edim ki, bu məsələdə mənə ağır gələn hadisələr oldu.
- Məsələn,
- Astan Şahverdiyevin arvadının ünvanıma dediyi şər və böhtanlar. Deputatın arvadı dedi ki, “Firuzə eşidib ki, Astan deputatdır, bizdən pul qoparmaq üçün başlayıb şantaja”. Buradan onun arvadına səslənirəm, mənə sənin çirkli pulların lazım deyil. Mənim xalqım var, 47 ildir ki, məni Azərbaycan xalqı dolandırır. Sizin pulu neynirəm, ay yazıqlar. Mənim sizə yazığım gəlir. Gəlin vaxtında halallıq alın, sonra pis olacaq. Gördünüz “otxod” sözü ilə bütün dünya azərbaycanlıları üzərinizə qalxdı. Sizə nifrətlər, lənətlər yağdırdı. Ürəyim doludur. Mən bunları deməliyəm. Deməsəm, o dünyada məni öldürəcəklər ki, niyə haqqını tələb etməmisən? Bəsdirdində, haqqımı yediyiniz, hüquqlarımı pozduğunuz. Mən səhnədə olanda Astan yox idi. Gəlsin çıxaq küçəyə, görsün xalq onu tanıyır, yoxsa məni. Çox səmimi deyirəm, mənim parlamentimdə belə insanlar oturduğu üçün çox üzüldüm. Halbu ki, parlamentdə Astan Şahverdiyev kimi deputatlar oturmamalıdır. Orada xalqın pozulmuş hüququnun mübarizəsini aparan ziyalı insanlar oturmalıdır. Tərbiyəsiz, səviyyəsiz Astan Şahverdiyev kimi deputat heç kimə lazım deyil. Buradan Firuzə sevərlərə səslənirəm, üzülməyin, heç nə olmayıb, qələbə sonda mənimlədir. Astan, sən səhv yoldasan, o bağı mənim əlimdən kimsə ala bilməz. Böyük səhv etdin! Əvvəl Allah, sonra prezident. Ölkənin böyüyü var. Mən də prezidentimdən kömək istəyirəm.


Xəbəri paylaş

1 2258 dəfə oxunub.

Digər xəbərlər
13-03-2021, 13:14 Ata Abdullayev saxlanıldı

bütün xəbərlər
____ Instagram ___