Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akif Çovdarov agentlərdən danışdı: "Danışsam, ölkədə vətəndaş müharibəsi düşər"
Tarix: 15-05-2017 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət | çapa göndər



Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası yenə təxirə düşüb. 

 
Məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Akif Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
Məhkəmədə sədrlik edən Həbib Həsənov bildirib ki, təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə əməliyyat olunduğu üçün prosesdə iştirak etməyib.

Prokuror bildirib ki, əgər vəkil 10 gündən artıq gəlmirsə, təqsirləndirilən şəxsə digər vəkil təyin olunmalıdır: "Həm də bəzi epizodların Səlim Məmmədova dəxli yoxdur. Ona görə başqa vəkil təyin edib, işi davam etdirmək olar".
Vəkillər prokurorun çıxışına irad bildiriblər: "Əgər Səlim Məmmədovun həmin epizodlarla əlaqəsi yoxdursa, niyə bunlara mütəşəkkil dəstə ittihamı veriblər?".

 
Kamandar Nəsibov həmçinin qeyd edib ki, prokuror Səlim Məmmədovla bağlı ittihamlardan imtina edərsə, o zaman işə baxıla bilər. 


Vəkillər bildirib ki, yeni vəkil işə qoşulandan sonra proses uzanacaq: "Yeni vəkil gələcək, işlə tanış olmaq üçün vaxt  istəyəcək. Proses uzanacaq". 


Təqsirləndirilən Səlim Məmmədov da yeni vəkil istəməyib. 

 
Akif Çovdarov prosesdə çıxış edib. O bildirib ki, bu barədə heç nə demək istəmir: "Çünki mətbuatda yazacaqlar mənim adamlarım Cavidi döyüb xəstə edib. Ona görə söz deməyə qorxuram". 
 
General həmçinin son günlər mətbuatda yazılan agentura söhbəti ilə bağlı da danışıb: "Qəzetlərdə MTN agentləri ilə bağlı oxuyuram. Yazılanlar hamısı yalandır. Rəhmətlik Elçin Behbudovu agent çıxarıblar. Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərini prokurorluq və digər orqanlarının 10 faizi eləməyib. Məhkəməmiz haqqında ağızlarına gələni yazırlar. Mən agentlərin adını çəksəm, nələr olacaq, Allah bilir. Danışsam, ölkədə vətəndaş müharibəsi düşər.  Hazırda vəzifədə olan məmurlar haqqında danışsam, nələr olacaq?"


Çovdarov prokurorluq orqanlarını tənqid edib: "Agentura məsələləri ilə bağlı istintaq aparanlar adları niyə yazırlar? Bu, dövlət sirridir. Ad yazmaqları dövlətçiliyə ziddir. Bu adamların adları açıqlanır. Cəmiyyətdə pis anlaşılır. Yaxşı, bundan sonra kim gəlib, öz dövlətinə xidmət edəcək. Bunu başa düşmürlər?"


Sonda hakimlər prokurorun istəyini qəbul etməyib. 

 
Məhkəmə prosesi mayın 24-ə təyin edilib. 

 
Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.




Xəbəri paylaş

1 3268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___