Bakıda Wi-Fi üstündə qonşularını bıçaqlayan şəxsin görüntüləri - YENİLƏNİB - VİDEO
Tarix: 13-05-2017 | Saat: 12:46
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
11:47
"Dedim yaşlı adamsan, çıx get məni zibilə salma"
Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
ARB TV xəbər verir ki, hadisənin motivində Wi-Fi üstündə qonşular arasında düşən dava durur.
Belə ki, Astara sakini 25 yaşlı Xəqani Əliyev gecə vaxtı qonşusunun hasarına söykənib, Wi-Fi-dan istifadə edirmiş. Bu vaxt qonşu onun hərəkətinə irad bildirib. İrad isə böyüyüb mübahisəyə çevriləndə səsə digər şəxslər gəlib.
Kütləvi dava nəticəsində 25 yaşlı Xəqani Əliyev qonşuları Ələkbər və Emin Əliyevləri bıçaqlayıb. Hər 2 yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Dərhal əməliyyat edilən yaralıların vəziyyəti normaldır.
Xəqani Əliyev - Saxlanılan şəxs: "Durmuşdum hasarın qırağında. Biri gəlib yaxınlaşdı ki, neynirsən burada? Mənim evimin qabağıdır, oturma burada. Dedim ki, hasarın qabağıdır, evinin qabağı deyil axı. Ağır sözlər dedi mənə. Dedim yaşlı-başlı adamsan, yeri çıx get, axşam-axşam məni zibilə salma. Biraz içkili idi. Dedim təhqir eləmə. Əlbəyaxa olduq. Özümü qorumaq üçün bıçağı çıxardıb, sağa-sola elədim ki, mənə yaxın gəlməsinlər".
Hadisədən sonra qaçıb gizlənən Xəqani Əliyevi Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları saxlayaraq istintaqa cəlb ediblər. Artıq onun barəsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.
--------------------
11.05.2017
07:46
Bakının Xəzər rayonunda "Wi-Fi" simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb.
Hadisə Zirə qəsəbəsinin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, Əliyev Emin Zabit oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ələkbər Əlhümmət oğlu yaşadıqları evin qonşuluğundakı fərdi yaşayış evinin qapısının yaxınlığında duraraq "Wi-Fi"dan istifadə edirlərmiş. Bu zaman 1997-ci il təvəllüdlü Əliyev Amid Qurbanəli oğlu və onun qardaşı (hələlik adı açıqlanmır) qapının yaxınlığında duraraq internetdən icazəsiz istifadə edən şəxslərə öz iradlarını bildiriblər. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə A.Əliyev bıçaqla E.Əliyevə və Ə.Əliyevə xəsarətlər yetirib.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. A.Əliyev və onun qardaşı saxlanılıb.
Xəbəri paylaş
8388 dəfə oxunub.
Digər xəbərlər

10-04-2017, 23:30
“Kurtlar Vadisi” yaxın günlərdə ekranlara qayıdır
6-12-2015, 23:17
“Oğlan evi”nin 10 üstünlüyü
15-10-2022, 10:22
“Batıgöz Azərbaycan” klinikası icbari sığorta ilə əməliyyat olunanlardan pul alır - Video
30-11-2016, 16:12
Şoyqu: "Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur"
22-11-2022, 11:37
Gəncədə 12 yaşlı məktəbli vəfat etdi
11-07-2016, 20:15
Kişilər necə sevirlər? - yalnız qadınlar oxusun!
27-10-2022, 11:15
Türkiyədə Rövşən Lənkəranskinin adamı qətlə yetirildi - FOTO
1-07-2016, 14:24
NATO: “Biz 2012-də Rusiyaya təklif etmişdik...”
29-10-2015, 15:02
Bakıda dəhşətli QƏTL: sevdiyi qızı küçədə öldürdü - YENİLƏNİB
27-09-2017, 10:58
Azərbaycanda DƏHŞƏT: 2 ailə məhv oldu - 7 ÖLÜ