Bakı kəndlərinə gedən bəzi sürücülər gediş haqqını qaldırıb
Tarix: 12-05-2017 | Saat: 12:58
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb.
Bu səbəbdən “Qafqazinfo”ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxladıq. M. Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək:
“Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək”.
Xəbəri paylaş
5118 dəfə oxunub.
Digər xəbərlər

13-07-2017, 15:48
İntihar edən Avropa çempionumuzun atası danışdı: "Oğlumun telefonunun içindən..."-VİDEO
9-06-2018, 10:54
Mərhum jurnalist Natiq Qədimovun oğlu dünyaya gəldi
12-01-2018, 11:58
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır- Yeni lüğət
7-12-2017, 12:04
Bu yollarda sürət həddi endirildi
9-05-2018, 11:46
Türkiyəli müğənni ARB TV-nin efirində aparıcılıq etdi – VİDEO + FOTO
13-03-2021, 13:19
Oyuncaq tapanca ilə çörək sexinə basqın edən şəxs - Foto
13-04-2017, 11:55
Zabrat-Kürdəxanı yolunu su basıb
9-01-2021, 14:57
Bakıda şəhid ailəsinə təzyiq göstərilib? - DİN-dən AÇIQLAMA
15-04-2017, 12:39
Türkiyədə güclü yanğın: 14 əsgər xəstəxanalıq oldu
29-05-2016, 19:18
Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji