Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maddələr mübadiləsini sürətləndirən bitki çayları – SİYAHI
Tarix: 12-05-2017 | Saat: 11:52
Bölmə:Karusel / Səhiyyə | çapa göndər





Maddələr mübadiləsi insan orqanizmi və sağlamlığı üçün olduqca vacibdir. Qeyri-düzgün qidalanma, stress, əlverişsiz ekoloji şərait, zərərli vərdişlər maddələr mübadiləsinin pozulmasına  səbəb olur. Nəticədə insan orqanizmində enerji qıtlığı yaranır və artıq çəki əmələ gəlir. Maddələr mübadiləsini normaya salmaq üçün heç də hər zaman apteklərə üz tutmaq, həkimə müraciət etməyə ehtiyac yoxdur. Maddələr mübadiləsi sürətləndirən bitkilərlə sizi tanış edirik. Bu bitkiləri çay kimi dəmləyib içə bilərsiniz.
 
Bibəriyə: Bir çox sağlamlıq probleminin həll edilməsinə kömək olan bitkidir. Aparılan təcrübələr sübut edib ki, pankreatik lipaz fermentini sıxışdıraraq bağırsaqlardan yağın əmilməsini azaldır və bu səbəbdən də kökəlməyin qarşısını alan təsirə malik olur. Eyni zamanda, öd sekresiyasını artıraraq xüsusilə yağlı qidaların həzmini asanlaşdırır. Digər tərəfdən, bibəriyə yarpaqlarının sidikqovucu xüsusiyyəti bədəndən şişin atılmasına kömək olur. Qan dövranını sürətləndirdiyi üçün təzyiqi olanlar diqqətlə istifadə etməlidirlər.
 
Tut yarpağı: Qidalardakı kompleks şəkərlərin (oligo və nişasta kimi polisakaritlər) bağırsaqlarda sadə şəkərə çevrilməsini təmin edən fermentləri (alfa-glikozidaz) sıxışdıraraq, əmilməsinə mane olur. Nəticədə şəkərin bədəndə yağ formasında yığılmasının qarşısı alınır..
 
Palıd ağacı: Qəbizliyə qarşı təsirlidir. Bağırsaqların boşalmasına kömək olur.
 
Kəklikotu: Uçucu yağının mədə turşusu və öd artırıcı təsiri var. Bu təsiriylə həzmi asanlaşdırır.
 
Gilas saplağı: Zəngin kalium tərkibi sayəsində bədəndən sidiklə xaric edilən kalium tarazlığının pozulmasının qarşısını alır.
 
Darçın: Şəkər metabolizmasının təşkil edilməsi və insulin müqavimətinin nəzarətdə saxlanması baxımından təsirləri olan bitkilər arasındadır.
 
Yaşıl çay: Tərkibində olan kafein törəmələri sayəsində fiziki halsızlığı aradan qaldıran və enerji verən içki kimi tanınır. Kafein törəmələri sidik artırıcı təsiri ilə bədəndən şişin çəkilməsinə. Yaşıl çayın yağ yandırıcı (lipolitik) xüsusiyyəti də var. 




Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___